Serj Sarkisyanın ölkədən çıxışına QADAĞA QOYULDU

Serj Sarkisyanın ölkədən çıxışına QADAĞA QOYULDU

Hazırda oxunan: Serj Sarkisyanın ölkədən çıxışına QADAĞA QOYULDU

238959

Ermənistanın keçmiş prezidenti Serj Sarkisyana qarşı yeni ittihamlar irəli sürülüb.

Bizim.Media xəbər verir ki, bu barədə Ermənistanın İctimai Televiziyasına Baş Prokurorluq məlumat verib.

İsakov prospekti və Yerablur hərbi panteonuna bitişik torpaq sahələrinin qanunsuz olaraq özgəninkiləşdirilməsi ilə bağlı başlanan cinayət işində Sarkisyana qarşı xüsusilə böyük miqyasda mənimsəmə (18 maddə üzrə), xüsusilə külli miqdarda çirkli pulların yuyulması (2 maddə üzrə) və şəriklik (3 maddə üzrə) ittihamları irəli sürülüb.

Ona qarşı qabaqlayıcı tədbir kimi ölkəni tərk etməməsi barədə yazılı öhdəlik seçilib.

Yada salaq ki, Sarkisyan həm də dövlət büdcəsindən təxminən yarım milyard dramın oğurlanmasını təşkil etməkdə ittiham olunur. Birinci instansiya məhkəməsi ona bəraət qazandırsa da, prokurorluq apellyasiya şikayəti verib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO