“Paşinyan hakimiyyətə gəlməsəydi, Azərbaycanla daha 30 il danışıqlar aparacaqdıq” – Köçəryanın ETİRAFI

“Paşinyan hakimiyyətə gəlməsəydi, Azərbaycanla daha 30 il danışıqlar aparacaqdıq” – Köçəryanın ETİRAFI

Hazırda oxunan: “Paşinyan hakimiyyətə gəlməsəydi, Azərbaycanla daha 30 il danışıqlar aparacaqdıq” – Köçəryanın ETİRAFI

23866

Ermənistan müharibədən qaçmaq üçün Dağlıq Qarabağın müstəqilliyini tanımayıb.

Bizim.Media xəbər verir ki, keçmiş prezident və “Hayastan” blokunun lideri Robert Köçəryan bu fikirləri bazar ertəsi Zəngəzur mahalının (Sünik vilayəti) Meğri rayonunun seçiciləri ilə görüşündə prezidentliyi dövründən danışarkən səsləndirib.

"Biz Dağlıq Qarabağın müstəqilliyini tanımadıq, amma əslində asimmetrik bir konfederasiya yaratmaq üçün hər şeyi etdik. Yəni Qarabağın öz prezidenti, parlamenti, dövlət strukturları var idi, hər şey öz yerindəydi. Bu isə o demək idi ki, bir ölkə qururuq”, deyə Köçəryan qeyd edib.

Danışıqlar mövzusuna toxunan eks-prezident əlavə edib ki, Paşinyanın komandası hakimiyyətə gəlməsəydi, Ermənistan tərəfi Azərbaycanla daha 30 il danışıqlar aparacaqdı.

İkinci prezident xatırladıb ki, hakimiyyəti illərində işğal edilən ərazilərin Azərbaycana qaytarılması haqda fikir səsləndirilməyib: “Heç vaxt da “qaytarmayağıq” kəlməsi işlənilməyib. Ermənistanın mövcud hakimiyyəti isə ziddiyyətli açıqlamalar verdi və Şuşanı Dağlıq Qarabağın paytaxtı elan etdi”.

"Bunu bilə-bilə etdilər, sanki danışıqlar yolu ilə heç nə əldə edə biləcəklərinə ümidləri yoxuydu”, deyə Koçaryan vurğulayıb.

Onun sözlərinə görə, Şuşa təkcə ermənilər üçün deyil, həm də azərbaycanlılar üçün həssas bir mövzudur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO