Ermənistanda bu şəxslər Azərbaycanın lehinə casusluq edib?  - Milli Təhlükəsizlik Xidməti DETALLARI açıqladı

Ermənistanda bu şəxslər Azərbaycanın lehinə casusluq edib?  - Milli Təhlükəsizlik Xidməti DETALLARI açıqladı

Hazırda oxunan: Ermənistanda bu şəxslər Azərbaycanın lehinə casusluq edib?  - Milli Təhlükəsizlik Xidməti DETALLARI açıqladı

23835

Ermənistanın Milli Təhlükəsizlik Xidməti (MTX) Azərbaycanın xeyrinə xəyanət və casusluq işini aşkar edib.

Bizim.Media xəbər verir ki, bu haqda məlumatı Xidmətin mətbuat xidməti yayıb.

Mənbə bildirir ki, əvvəllər "Qüsursuz xidmətə görə" və "Döyüşlərdə iştiraka görə" medalları ilə təltif olunan keçmiş əsgər dostu ilə birlikdə Türkiyəyə gedib və orada müəyyən bir ödəniş üçün müvafiq məlumatların ötürülməsi təklifini alıb. Onlar uzun müddət cinayətin törədilməsini diqqətlə hazırlayıblar, rolları və gələcək gəlirləri təyin ediblər, cinayətin gizlədilməsinin yollarını planlaşdırıblar, əlaqə vasitələrini, Azərbaycan xüsusi xidmət orqanlarından göstəriş alaraq ötürülən məlumatların həcmini və dəyərini təyin ediblər. 

Bundan sonra hər iki vətəndaş üçüncü ölkəyə gedib, orada Azərbaycan səfirliyində düşmən tərəfinə keçmək və Ermənistanın əleyhinə hərəkət etmək üçün razılıq verdiklərini bildirən müqavilə imzalayıblar, xüsusi xidmət orqanlarından müvafiq təxəllüs və məbləğlər alıblar. 

Bundan sonra adı çəkilən şəxslər Azərbaycanın xüsusi xidmət orqanları ilə əlaqə saxlayıblar, təlimat alıblar və məlumat ötürüblər.

Müdafiə Nazirliyinin hərbi hissələrinin, hərbi texnikanın foto və videosunu lentə alıblar, işçilərinin sayını, komandanlıq heyətinin şəxsi məlumatlarını araşdırıblar, təlim batalyonlarını öyrəniblər. Habelə Ermənistan və Qarabağda hava hücumundan müdafiə sistemlərinin yerləşdirilməsi barədə məlumatlar əldə ediblər.

Strateji obyektlərin - su anbarlarının, hidroelektrik stansiyaların, strateji yüksəkliklərin və müharibə zamanı yeraltı sığınacaqların, hərbi texnika və qoşunların hərəkəti barədə foto və video çəkiblər. Bütün bunları türk nömrələrinə aktivləşdirilmiş xüsusi bir tətbiq vasitəsi ilə göndəriblər.

Müharibə zamanı onlardan biri dəstə komandiri olaraq Hadrutdakı döyüş sahəsinə gedib, məlumat toplayıb və oktyabrın sonuna qədər Azərbaycana göndərib.

Bu dövrdə hava hücumundan müdafiə sistemlərinin, raket sistemlərinin, zirehli texnikaların, döyüş mövqelərinin, hərbi hissələrin və s. yerləri barədə video və foto materiallar ötürüblər.

"Onun hərəkətləri düşmənə ermənilərin xüsusi strateji əhəmiyyətə malik silah və hərbi texnikasının yerini təyin etməsinə, dəqiq hədəfə zərbələr endirməsinə, ordu birləşmələrinin, hərbi texnikanın və canlı qüvvənin sıradan çıxarılmasına imkan yaradıb. Nəticədə erməni silahlı qüvvələrinin döyüş effektivliyi xeyli zəifləyib. Bu da düşmənə qoşunlarını cənub istiqamətindəki müdafiə xəttini keçməyə və Dağlıq Qarabağa doğru irəliləməyə yardımçı olub”.

“Armeniasputnik.am” saytı MTX-nın bəyanatından sitat gətirib.

Qrupun ikinci üzvü arxadan məlumat toplayıb, zenit raket sistemlərindən birinin yeri haqqında dəqiq məlumat ötürüb və onu hücum hədəfinə çevirib. Nəticədə düşmənin hücum dronu ilə hədəfə atış açılıb.

Onlar təqsirləndirilən şəxs qismində gətirilib, etirafları alınıb və barələrində həbs qətimkan tədbiri seçilib.

Axtarış nəticəsində bu şəxslərdən qoşunlar üçün xüsusi rabitə vasitələri, cib telefonları, təlimlər zamanı çəkilən videolar və cinayət işi üçün vacib olan digər əşyalar tapılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO