“Müharibə mənim həyatımda ən dözülməz şeydir”.
Bizim.Media xəbər verir ki, bu fikri Ermənistanın üçüncü prezidenti, Ermənistan Respublika Partiyasının sədri Serj Sarkisyan Cermuk şəhərində “Mənim şərəfim var” blokunun üzvləri ilə görüşdə səsləndirib.
“Heç vaxt nəinki müharibələrin, həm də hər hansı bir döyüş əməliyyatının aparılmasını istəmirdim. Ancaq qorxanda nəticə belə olur. Bu gün 6 nəfəri əsir götürdülər, sabah 16 nəfəri alacaqlar, ertəsi gün 36, sonra nə olacaq?”.
“Panorama.am” saytı Sarkisyanın dediklərindən sitat gətirib.
“Bir az ləyaqəti (Paşinyanı nəzərdə tutur) olsaydı, intihar edərdi. And içirəm, əgər ali komandir olsaydım və belə bir vəziyyət yaransaydı, sadəcə özümü vurardım.
Belə həyat kimə lazımdır? Vicdanınızda 5.000 nəfərin ölümü, hələ COVID-19-dan 5.000 ölümü demirəm, məğlub olan ordu var. Azərbaycanlı sadəcə səni lağa qoyur, adam yerinə saymır:
"Sən kimsən ki, səni məğlub edim? Sən sadəcə əskisən. Bilirsiniz ki, kimə qalib gəldim”. Və eyni zamanda adını da çəkir”, deyə Serj Sarkisyan əlavə edib.
Bizim.Media
- A-
- A
- A+
Region
11:04 / 07.06.2021
Serj Sarkisyan: “And içirəm ki, Paşinyanın yerində olsaydım, özümü güllələyərdim”
Hazırda oxunan: Serj Sarkisyan: “And içirəm ki, Paşinyanın yerində olsaydım, özümü güllələyərdim”
Hazırda oxunan: Serj Sarkisyan: “And içirəm ki, Paşinyanın yerində olsaydım, özümü güllələyərdim”
23822
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.