Qarik Martirosyandan ETIRAF: “Birinci müharibədə Ağdamda, ikinci müharibədə Əsgəranda olmuşam”

Qarik Martirosyandan ETIRAF: “Birinci müharibədə Ağdamda, ikinci müharibədə Əsgəranda olmuşam”

Hazırda oxunan: Qarik Martirosyandan ETIRAF: “Birinci müharibədə Ağdamda, ikinci müharibədə Əsgəranda olmuşam”

238059

Martın 6-da Bakı Hərbi Məhkəməsində keçirilən məhkəmə prosesində təqsirləndirilən şəxs Qarik Martirosyan sərbəst ifadəsində bəzi məsələləri etiraf edib.

Bizim.Media xəbər verir ki, o, Birinci Qarabağ müharibəsində Ağdam rayonunda ön postlarda olduğunu etiraf edərək bildirib:

“İkinci Qarabağ müharibəsində isə Əsgəran rayonunda olmuşuq. 44 günlük müharibə zamanı da orada olmuşam”.

Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və adətlərini pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarının məhkəməsi martın 10-da davam etdiriləcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO