Qarabağda Ermənistan tərəfindən 40-ya yaxın cinayətkar birlik YARADILIB

Qarabağda Ermənistan tərəfindən 40-ya yaxın cinayətkar birlik YARADILIB

Hazırda oxunan: Qarabağda Ermənistan tərəfindən 40-ya yaxın cinayətkar birlik YARADILIB

238055

Xəbər verdiyimiz kimi bu gün Ermənistanın hərbi təcavüzü nəticəsində çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşları cinayəti işləri üzrə məhkəmə prosesi keçirilib.

Bizim.Media xəbər verir ki, məhkəmə prosesi zamanı 1980-cı ildən Qarabağda Ermənistan tərəfindən yaradılan və onun rəhbərliyi ilə fəaliyyət göstərən cinayətkar birliklərin adları açıqlanıb.

Baş prokurorun xüsusi tapşırıqlar üzrə köməkçisi Tuqay Rəhimli və dövlət ittihamçısı Fuad Musayev Ermənsitan SSR-in ərazisində və Azərbaycan SSR-in tərkib hissəsi olan Qarabağda Ermənistan tərəfindən yaradılan və onun rəhbərliyi ilə fəaliyyət göstərən cinayətkar birliyin özəyini təşkil edən, 1980-cı illərdə Qarabağda və Ermənistanda yaradılmış 40-a qədər “Böyük Tiqran”, “David Sasunski”, “Arçiv”, “Daşnaksakaner”, “Şuşa”, “Sasun”, “Maral”, “Ağdərə bölüyü”, “Xankəndi alayı”, “Sisiyan bölüyü”, “Hadrut bölüyü”, “Sasna Srer bölüyü”, “Xaçlılar”, “Erkrap-Könüllülər dəstəsi”, “Malatiya”, “Arabo”, “Muş” və digər qanunsuz silahlı birləşmələrin yaradılması, məqsədləri, fəaliyyəti və rəhbərlərinə dair sənədləri təqdim ediblər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO