“Dünən Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Ermənistanın bütün vətəndaşlarının hüquqlarını təmin etdiklərini bəyan edib”.
Bizim.Media xəbər verir ki, bunu Türkiyədə yaşayan erməni bloqer və aktivist İşxan Verdyan Telegram kanalında yazıb.
O, bunu açıq-aşkar yalan adlandırıb:
“Ermənistanda Azərbaycanla sülh istəyən vətəndaşların heç bir hüququ, ən əsası isə yaşamaq hüququ yoxdur.
Ermənistanın dövlət maşını Azərbaycanla insani dialoqdan söz açmağa cəsarət edən hər bir vətəndaşını terror edir.
Azərbaycana adekvat qiymət verən hər bir Ermənistan vətəndaşı Ermənistanda dövlət səviyyəsində repressiyaya məruz qalır və gündəlik müstəvidə onlar sadəcə olaraq bıçaqlanaraq öldürülmək riski ilə üzləşirlər, necə ki, sözün əsl mənasında Ukraynada azərbaycanlılarla ictimai şəkildə humanist şəkildə ünsiyyət qurmağa cəhd edən bir erməninin başına gəlib.
Bəli, Ararat Mirzoyan yalan danışır. Nikol Paşinyanın sülhlə bağlı dedikləri isə sadəcə onun şəxsi ideyalarıdır və bu fikirlərə dövlət aparatı şərik deyil”.
Bizim.Media

- A-
- A
- A+
Region
13:43 / 06.03.2025
Erməni bloger Ararat Mirzoyanı yalançı ADLANDIRDI - FOTO
Hazırda oxunan: Erməni bloger Ararat Mirzoyanı yalançı ADLANDIRDI - FOTO
Hazırda oxunan: Erməni bloger Ararat Mirzoyanı yalançı ADLANDIRDI - FOTO
237967
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.