SON DƏQİQƏ: Nikol Paşinyan ölkə vətəndaşlarına müraciət etdi

SON DƏQİQƏ: Nikol Paşinyan ölkə vətəndaşlarına müraciət etdi

Hazırda oxunan: SON DƏQİQƏ: Nikol Paşinyan ölkə vətəndaşlarına müraciət etdi

23769

Ermənistanın Baş Naziri vəzifəsini icra edən, "Vətəndaş müqaviləsi" partiyasından Baş nazir kreslosuna namizəd Nikol Paşinyan Ermənistan vətəndaşlarına müraciət edib.

Bizim.Media xəbər verir ki, bu haqda məlumat “news.am” saytında yerləşdirilib.
 

MÖVZU İLƏ BAĞLI:

Paşinyandan GÜLÜNC AÇIQLAMA: “Ermənistan biznes  üçün cənnət ölkədir”


Müraciətdə deyilir:

“Salam, Ermənistan Respublikasının vətəndaşı! 

Sizə Ermənistan Respublikasının vətəndaşı, dörd uşaq atası, “Aykakan jamanak” qəzetinin keçmiş redaktoru, sabiq siyasi məhbus, parlamentin deputatı, 2017-18-ci illərdə “Elk” parlament fraksiyasının rəhbəri, Baş nazir vəzifəsini icra edən və Baş nazir kreslosuna namizəd Nikol Paşinyan müraciət edir.

İstəyirəm ki, təslim olmayasınız, şübhə etməyəsiniz. Sənə səhv etdiyini inandırmağa çalışırlar, ancaq öz ölkəndə qərar verməyi bacarmalısan. Səni inandırmağa çalışırlar ki, ya sən vətəninə tabe olacaqsan, ya da onu itirəcəksən.

Həqiqətin tam əks yerdə olduğuna inandığımdan sizə müraciət edirəm. Uzun illərdir Vətən adına çox dözdük və nəticədə məlum oldu ki, onun məhvinə də dözürük. 

Biz dözməyə başladığımız anda, vətənimiz uçuruma doğru gedirdi, hansı ki, onu sükansız, təkərsiz, əyləcsiz və mühərriksiz idarə edirdik. Çətinliklə də olsa bu düşmə prosesini ağır itkilərlə, çoxsaylı qurbanlarla, dözülməz ağrılarla, narahat və qarışıq vaxtlarla dayandıra bilirik. İndi isə bir seçimlə qarşılaşırsınız - zamana tabe olmaq və ya onu özünüzə tabe etdirmək. İndiki acılığımız dünən yığılıb.

“Bu ölkədə gələcək yoxdur” inamı ilə neçə il yaşadığınızı xatırlayırsınız?
 

İnanclarınızı dəyişdirməyə başladığınız anda ən böyük fəlakət gəldi və yenə də gələcəyin olmadığını düşünməyə başlayırsınız. Ancaq dünən bu günün gələcəyi idi. Sabah bu günün gələcəyidir və o, varlığına qərar verdiyiniz vaxt gələcək, ona görə ki, gələcək haqqında xəyal qurmaq qabiliyyətini itirməyibsiniz.


Salam Ermənistan Respublikasının vətəndaşı.

Gələcəyin olduğunu söyləmək üçün sizə yazıram.

Sizin Nikol”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO