Ermənilərin atı Azərbaycan tərəfinə keçib? - DAHA BİR FEYK

Ermənilərin atı Azərbaycan tərəfinə keçib? - DAHA BİR FEYK

Hazırda oxunan: Ermənilərin atı Azərbaycan tərəfinə keçib? - DAHA BİR FEYK

23743

Xəbər verdiyimiz kimi, dünən ermənilər feyk yayaraq bildirmişdilər ki, Göyçə mahalının Basarkeçər rayonunun Zərkəndində, Kəlbəcərlə sərhəddə guya atışma olub, Azərbaycan hərbçiləri çobanın atını öldürüblər, 100-ə yaxın qoyununu isə aparıblar. Sonradan həmin xəbəri elə özləri dezo adlandırdılar və bildirdilər ki, atışma olmayıb, az miqdarda qoyun isə Azərbaycan tərəfinə keçib. Rəsmi Bakı informasiyanı təxribat xarakterli adlandırıb. 

Bu gün isə daha bir at məsələsi erməni mediası tərəfindən ortaya atılıb. Səmt isə Laçının sərhədində yerləşən Tex yaşayış məskənidir.

Bizim.Media xəbər verir ki, bu haqda məlumatı “armeniasputnik.am” saytı yayıb.

MÖVZU İLƏ BAĞLI:

Ermənilərdən daha bir FEYK – “Azərbaycan hərbçiləri erməni çobanın atını güllələyib”


Mənbə yazır ki, Xnatsax kənd sakini Qragat Mesropyan haray-həşir qoparıb ki,  azərbaycanlılar onun atını icma ərazisindən qaçırıblar.

Az müddətdən sonra Tex icmasının rəhbərliyi Mesropyanın dediklərini təkzib edib.

“Mesropyanın atı otlayarkən sərhədi keçib və indi düşmən tərəfdədir”. “Facebook”da yazılan mesajda belə deyilir.

Kənd sakinləri Mesropyanın açıqlamasından qəzəbləndiklərini bildiriblər. İcmanın rəhbəri Nerses Şadunts vurğulayıb ki, atın geri qaytarılması ilə bağlı Rusiya hərbçiləri ilə danışıqlar aparır.

Çox böyük ehtimalla bu xəbərin də feyk çıxacağı vaxt uzaqda deyil. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO