Azərbaycan, Gürcüstan və Türkiyənin xarici işlər nazirləri arasında planlaşdırılan növbəti görüş baş tutacaq.
Bizim.Media xəbər verir ki, bu barədə Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili türkiyəli həmkarı Hakan Fidanla keçirdiyi görüş zamanı məlumat verib.
Görüşdə Azərbaycan-Gürcüstan-Türkiyə üçtərəfli strateji tərəfdaşlıq platformasının əhəmiyyətinə xüsusi diqqət yetirilib və bu çərçivədə üç ölkənin xarici işlər nazirlərinin növbəti görüşünün Türkiyədə keçiriləcəyi bildirilib.
Tərəflər arasında“Orta Dəhliz”, Bakı-Tbilisi-Erzurum qaz kəməri, Bakı-Tbilisi-Qars dəmir yolu və Cənubi Qaz Dəhlizi kimi təşəbbüslərin rolu xüsusi vurğulanıb.
Nazirlər həmçinin bölgədəki təhlükəsizlik çağırışlarını və onların həlli üçün əməkdaşlıq imkanlarını müzakirə ediblər. Maka Boçorişvili Gürcüstanın Cənubi Qafqazda sabitlik və sülh prosesinə töhfə verməyə hazır olduğunu bir daha bəyan edib.
Bizim.Media