Paşinyan “əllərimi kəsərəm, bunu imzalamaram” dedi – Qazaxın 7 kəndi DÜYÜNƏ DÜŞÜB

Paşinyan “əllərimi kəsərəm, bunu imzalamaram” dedi – Qazaxın 7 kəndi DÜYÜNƏ DÜŞÜB

Hazırda oxunan: Paşinyan “əllərimi kəsərəm, bunu imzalamaram” dedi – Qazaxın 7 kəndi DÜYÜNƏ DÜŞÜB

23662

Ermənistanın məğlub silahlı qüvvələrinin keçmiş Baş qərargah rəisi Onik Qasparyan baş nazirin səlahiyyətlərini icra edən Nikol Paşinyanı “tərbiyə sərhədlərini keçməməyə” çağırıb. 

Bizim.Media xəbər verir ki, Qasparyan Paşinyanın onu və bəzi keçmiş generalları “Köçəryan və Sərkisyanın buklet paylayanları” adlandırmasına cavab olaraq belə deyib.

“Hörmətli həmvətənlər, mən Ermənistanın baş naziri vəzifəsini tutan adamın bəyanatına cavab vermək məcburiyyətindəyəm.

Heç vaxt məsuliyyətdən yayınmamışam, öz yoldaşlarımın və tabeçiliyimdə olanların çiyinləri arxasında gizlənməmişəm, öz fəaliyyətimə görə cavab verməyə hazıram. Əminəm ki, hakimiyyətin dəyişməsindən sonra obyektiv təhqiqat aparılacaq, hər bir vəzifəli şəxs layiq olduğu cəzanı alacaq.

Qulaq as, Nikol, tərbiyə sərhədlərini keçmə. Mən bilirəm ki, sən ucuz şouların böyük ustasısan və dövləti qətiyyən idarə edə bilmədiyini əsassız bəyanatlarla ört-basdır etmək istəyirsən. Yeri gəlmişkən, buklet paylamaq səndə daha yaxşı alınır (hərçənd metroda bu bukletlərə görə periodik olaraq sifətindən zərbə alırsan)”,-Onik Qasparyan bildirib.

Qasparyan Qazaxın işğal edilmiş 7 kəndinin qaytarılması barədə bəndin 10 noyabr üçtərəfli bəyanatının mətnində yer alması, daha sonra çıxarılması haqda da danışıb. Deyib ki, həmin bəyanat mətni müzakirə olunanda Paşinyana bunun “diplomatik fənd” olduğunu bildirib. Hesab edib ki, bənd mətnə “alver məqsədi” ilə daxil edilib və Qarabağ məsələsinə birbaşa dəxli yoxdur.

Qasparyanın sözlərinə görə, Milli Təhlükəsizlik Xidmətinin o vaxtkı rəhbəri Armen Abazyan həmin bəndin çıxarılmasına nail olub.

Qeyd edək ki, Paşinyan Artaşat şəhərində tərəfdarları ilə görüşündə bu haqda danışıb. Deyib ki, Baş qərargah rəisi Qazaxın 7 kəndinin qaytarılmasını da nəzərdə tutan mətnin imzalanmasını istəyib. “Mən isə dedim ki, əllərimi kəsərəm, amma imzalamaram. Buna bir yox, iki yox, neçə adam şahiddir”,-o bildirib. (virtualaz.org)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO