Ermənistan Ombudsmanından Azərbaycana NÖVBƏTİ İFTİRA

Ermənistan Ombudsmanından Azərbaycana NÖVBƏTİ İFTİRA

Hazırda oxunan: Ermənistan Ombudsmanından Azərbaycana NÖVBƏTİ İFTİRA

23490

Ermənistan Ombudsmanı Arman Tatoyan yeni bəyanat yayaraq Azərbaycanı ittiham edib. Onun fikrincə, əsgərlərimiz guya sərhəddə qanunsuz hərəkət edirlər və erməni sakinlərinin əkinçilik fəaliyyətinə mane olurlar.

Bizim.Media xəbər verir ki, bu haqda məlumat “armeniasputnik.am” saytında yer alıb. 

Tatoyana görə, Göyçə mahalında (Geğarkunik vilayəti) Ermənistanın sərhəd ərazisinə daxil Azərbaycan hərbçiləri vaxtaşırı Basarkeçər (indiki Vardenis) rayonunun Yuxarı Şorca, Aşağı Şorca, Qaraqoyunlu, Zərkənd kəndinin sakinlərini dayandırır, hədələyir, hara getdikləri ilə bağlı izahat alır, avtomobillərini axtarır və mal-qara otarmalarına icazə vermirlər.

Ombudsman vurğulayır ki, bu cür davranış vətəndaşların hərəkət azadlığı və şəxsi təhlükəsizliyi hüquqlarının birbaşa pozulmasıdır. 

Hüquq müdafiəçisi iddia edir ki, onlarla silahlı Azərbaycan əsgəri vaxtaşırı maşınlarla Yuxarı Şorca kəndinin otlaq sahələrinə enirlər:

“Son dərəcə kinli davranırlar və kəndliləri silahla təhdid edirlər. Bundan əlavə, son günlərdə düşmən bu otlaqların yaxınlığında mövqelər qurublar. Bu da həmin ərazilərdən maldarlıq üçün istifadə edilməsini mümkünsüz edir”.

Tatoyanın sözlərinə görə, suvarma və içməli su mənbəyi olan su ehtiyatları da Azərbaycan tərəfinin nəzarəti altındadır.

Xatırladaq ki, bu açıqlamalar Tatoyanın ölkəmizə qarşı ilk iftirası deyil. Özünü “hüquq müdafiəçisi” adlandırılan bu şəxs 1988-ci ildən bəri hüquqları pozulan azərbaycanlıların qanuni hüquqlarından bir kəlmə belə danışmayıb. İkincisi də hüquq təhsili alan bu şəxsə sovetlərdən miras qalan Azərbaycan-Ermənistan sərhədinə yenidən nəzər salmağı məsləhət görürük. Azərbaycan ormanına buraxılmayan ermənilərin dərdi ilə alışıb yanan Arman o vaxt Yuxarı Şorca, Aşağı Şorca, Qaraqoyunlu və Zərkənd kəndlərinin kimin torpağı olduğunu anlayacaq.

Elə adlarına baxmağı da kifayət edər. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO