Ermənistan və Qazaxıstan prezidentləri Armen Sarkisyan və Kasım-Jomart Tokayev həm ikitərəfli formatda, həm də beynəlxalq birliklər çərçivəsində qarşılıqlı əlaqəni müzakirə ediblər.
Bizim.Media xəbər verir ki, bu barədə məlumatı Ermənistan prezidentinin mətbuat xidməti yayıb.
Qeyd edək ki, Ermənistan prezidenti bu günlərdə Qazaxıstanda işgüzar səfərdədir. Armen Sarkisyanı salamlayan Tokayev səfərinin ikitərəfli əməkdaşlığa əlavə təkan vermək baxımından əhəmiyyətini qeyd edib.
"Ermənistan bizim üçün dost ölkədir. Aramızdakı münasibətlər və əməkdaşlıq ənənələrə söykənir. Təbii ki, onların inkişaf edib yeni məzmunla doldurulmasında maraqlıyıq. Ölkələrimizin hökumətləri və müvafiq idarələr bu hədəfə çatmaq üçün çalışırlar".
Qazaxıstan lideri Avrasiya İqtisadi Birliyi (AİB), BMT, ATƏT və digər platformalar daxilində sıx qarşılıqlı əlaqələrin olduğunu vurğulayıb.
Prezident Sarkisyan da öz növbəsində Ermənistan və Qazaxıstanın son illərdə ölkələri min kilometrlərlə ayırmasına baxmayaraq əlaqələri fəal şəkildə inkişaf etdirdiyini vurğulayıb.
Sarkisyan Tokayevin Nur-Sultan ilə İrəvan arasındakı təmasların daha da genişləndirilməsi üçün böyük potensiala sahib olduğu fikri ilə razılaşıb. Bu çərçivədə ticarət, təhsil, yeni texnologiyalar, qida emalı sahələrində açılan əlverişli şərtlərə diqqət çəkib və bu əməkdaşlığı daha mənalı və geniş görmək niyyətində olduğunu bildirib. Ermənistan və Qazaxıstan prezidentləri Avrasiya İqtisadi Birliyi və KTMT çərçivəsində əməkdaşlığı müzakirə ediblər. Ermənistan prezidenti müharibədən sonrakı dövrdə Ermənistanda və bölgədə yaranan problemlərə də toxunub.
Ermənistan və Qazaxıstan prezidentləri müzakirələri şəxsi söhbətdə davam etdiriblər. Görüşdə ikitərəfli münasibətlər və regional vəziyyətlə bağlı məsələlər müzakirə predmeti olub.
Tokayev Ermənistanın hökumət nümayəndə heyətinin Qazaxıstana son səfərinin nəticələrini müsbət qiymətləndirib, müxtəlif sahələrdə əməkdaşlığın qurulması üçün yaxşı imkanların olduğunu qeyd edib. Bununla yanaşı, dövlət başçısı iki ölkə arasında AİB, KTMT, MDB, BMT və ATƏT çərçivəsində qarşılıqlı fəaliyyətin müsbət davam edəcəyinə inandığını bildirib.
Bizim.Media
- A-
- A
- A+
Region
16:57 / 03.06.2021
Qazaxıstan prezidenti Ermənistanı “dost ölkə” adlandırdı - FOTO
Hazırda oxunan: Qazaxıstan prezidenti Ermənistanı “dost ölkə” adlandırdı - FOTO
Hazırda oxunan: Qazaxıstan prezidenti Ermənistanı “dost ölkə” adlandırdı - FOTO
23408
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.