Ermənilər Qazaxla sərhəddə qondarma heykəllərinə yaxınlaşa bilmir - TƏFƏRRÜAT/FOTO

Ermənilər Qazaxla sərhəddə qondarma heykəllərinə yaxınlaşa bilmir - TƏFƏRRÜAT/FOTO

Hazırda oxunan: Ermənilər Qazaxla sərhəddə qondarma heykəllərinə yaxınlaşa bilmir - TƏFƏRRÜAT/FOTO

234051

Ermənilərin məşhur "Ana Ermənistan" heykəli Azərbaycanla sərhəddə yerləşən Tavuş vilayətinin Aygehovit kəndinin Kayan adlı ərazisində qalıb.

Bizim.Media globalinfo.az saytına istinadən xəbər verir ki, heykəlin tam iki ölkə sərhədində, minalı ərazidə qaldığı, ermənilərin heykəlin yanına keçə bilmədiyi deyilir.
 

Məlumata görə, "Arevik" adı ilə də tanınan heykəl 1976-cı ildə Adibek Qriqoryan adlı heykəltaraş tərəfindən hazırlanıb.


Ermənistan KİV yazır ki, həmin vaxtlar da Azərbaycan Cənubi Qafqazda iki qonşu ölkə üzərində dominant və hegemon ölkə olaraq qəbul edilib. Ermənilər isə ölkələrini "qürurlandırmaq" və qüdrətli göstərmək üçün ərsəyə gətirilən bu heykəli Ermənistanın Gürcüstana yaxın bölgəsi və Azərbaycanla tam sərhəd xəttinə yerləşdiriblər.

Ermənistan rəsmilərinin müzakirələr apardıqdan sonra heykəlin qəsdən azərbaycanlıların rahat görə biləcəyi əraziyə yerləşdirilməsi ilə bağlı qərar verdiyi bildirilir. Beləliklə sərhəddə yerləşən azərbaycanlılarla yanaşı, Gürcüstan və Azərbaycandan buraya daxil olan hər kəsin ilk sözügedən heykəli görməsi nəzərdə tutulub.

Heykəlin hündürlüyü 17 metrdir, alüminiumdan hazırlanıb. 2019-cu il sentyabrın 29-da heykəlin ətrafındakı çərçivə güclü külək nəticəsində dağılıb. Hazırda onun ermənilərin sərhəddə minaladığı ərazidə qaldığı və heç kimin yaxınlaşa bilmədiyi deyilir.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO