Gürcüstan ərazi bütövlüyünü necə bərpa edəcək? - İrakli Kobaxidzedən açıqlama

Gürcüstan ərazi bütövlüyünü necə bərpa edəcək? - İrakli Kobaxidzedən açıqlama

Hazırda oxunan: Gürcüstan ərazi bütövlüyünü necə bərpa edəcək? - İrakli Kobaxidzedən açıqlama

233970

“Gürcüstanın ərazi bütövlüyünün bərpası yalnız sülh yolu ilə mümkündür və bunun alternativi yoxdur. Ümid edirik ki, nə vaxtsa bunun həyata keçirilməsi reallaşacaq”.

Bizim.Media xəbər verir ki, bu sözləri Gürcüstanın Baş naziri İrakli Kobaxidze jurnalistlərə açıqlamasında deyib.
 

MÖVZU İLƏ BAĞLI:

Kobaxidze Aİ-ni öz böhranları ilə məşğul olmağa ÇAĞIRDI


Onun sözlərinə görə, Gürcüstanın ərazi bütövlüyü ümummilli əhəmiyyət kəsb edən məsələdir:

“Biz öz milli maraqlarımızı qorumalıyıq, lakin Gürcüstan hökumətinin məsələyə baxışı qətiyyətlə sülhpərvərdir”.

Baş nazir deyib ki, Gürcüstanın ərazi bütövlüyü beynəlxalq ictimaiyyət tərəfindən tanınır və təbii ki, bu baxımdan öz milli maraqlarını qorumalıdırlar.

Rusiya ilə münasibətlərə toxunan Kobaxidze deyib:

“Gürcüstan hökuməti Rusiyaya qarşı praqmatik siyasət aparır və Rusiyanın Abxaziyanın və Tsxinvali regionunun qondarma müstəqilliyini tanıması səbəbindən indi diplomatik münasibətləri bərpa etməyin vaxtı deyil. Lakin biz Rusiya ilə ticarət-iqtisadi əlaqələri saxlayırıq və Rusiya Federasiyasına qarşı praqmatik siyasətimiz belə davam edəcək”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO