Moskvanın “Qırmızı yelkənlər” yaşayış kompleksinin girişində keçmiş anti-Maydan fəalı, separatçı və “Arbat” könüllü dəstəsinin yaradıcısı Armen Sarkisyanın ölümü ilə nəticələnən partlayış bir versiyaya görə, kamikadze tərəfindən həyata keçirilib.
Bizim.Media xəbər verir ki, bu barədə “İnterfaks”a hüquq-mühafizə orqanları məlumat verib.
“Yaşayış binasındakı partlayış versiyaya görə, kamikadze tərəfindən törədilib. İlkin məlumata görə, o, özü ilə gətirdiyi partlayıcı qurğunu işə salıb. Onun Ermənistandan olması versiyası yoxlanılır”, - deyə “İnterfaks”dakı mənbə bildirib.
Hüquq-mühafizə orqanlarının fikrincə, bu cinayətin əsas versiyası “təsir dairələrinin yenidən bölünməsi”dir.
“İzvestiya” yazır ki, Ermənistanın əvvəllər məhkum olunmuş vətəndaşı Armen Sarkisyan peyda olan zaman minanı partladıb.
Xatırladaq ki, dünən səhər saatlarında elit yaşayış kompleksinin girişində partlayış baş verib. İlkin olaraq Sarkisyanın mühafizəçisinin onunla birlikdə öldürüldüyü bildirilirdi. Daha 4 nəfər yaralanıb.
Hazırda Sarkisyanın qətlinin iki versiyası nəzərdən keçirilir: Ukrayna əlaqəsi və tütün bazarı uğrunda mübarizə. Qəzet həmçinin yazır ki, kamikadzenin bir neçə şəriki saxlanılıb.
Bizim.Media
- A-
- A
- A+
Region
16:45 / 04.02.2025
Armen Sarkisyanı erməni millətindən olan kamikadze partladıb - YENİ TƏFƏRRÜAT
Hazırda oxunan: Armen Sarkisyanı erməni millətindən olan kamikadze partladıb - YENİ TƏFƏRRÜAT
Hazırda oxunan: Armen Sarkisyanı erməni millətindən olan kamikadze partladıb - YENİ TƏFƏRRÜAT
233222
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.