Gürcüstanın Baş naziri müxalifəti danışıqlara çağırıb

Gürcüstanın Baş naziri müxalifəti danışıqlara çağırıb

Hazırda oxunan: Gürcüstanın Baş naziri müxalifəti danışıqlara çağırıb

2331

Gürcüstanın Baş Naziri Giorgi Qaxariya müxalifəti danışıqlar masası arxasında oturmağa çağırıb.

Bizim.Media xəbər verir ki, Qaxariya bildirib ki, siyasi proseslər küçədən hüquqi və siyasi müstəviyə gətirilməlidir: 

"Biz strateji tərəfdaşlarımızla birlikdə və onların köməyi ilə prosesləri küçədən təcili olaraq hüquqi və siyasi müstəviyə gətirməyi təklif edirik. Danışıqlara alternativ yoxdur”.

Ölkədəki koronavirusla mübarizə sahəsindəki vəziyyəti xatırladan G.Qaxariya "Biz hamımız bir yerdə hər gün insan həyatını qurtarmaq kimi bir prosesin içindəyik. İqtisadi sahədə isə həyəcan siqnalları daha da çoxdur", deyərək bu vəziyyətdə sabitliyin önəmini vurğulayıb.

Bu arada müxalifət bazar ertəsi saat 18:00-dan başlayaraq Gürcüstan parlamentinin qarşısında, eləcə də ölkənin yeddi böyük şəhərində mitinq keçirəcəyini və küçələrə çıxma qadağasına riayət etməyəcəyini söyləyib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO