Ermənistanın keçmiş xarici işlər naziri Vardan Oskanyan ABŞ ermənilərini baş nazir Nikol Paşinyanla fevralın 3-də Ermənistanın Vaşinqtondakı səfirliyində keçirilməsi planlaşdırılan görüşü boykot etməyə çağırıb.
Bizim.Media xəbər verir ki, bu barədə o, sosial şəbəkələrdə yazıb.
Onun sözlərinə görə, bu görüş Ermənistan baş nazirinin sarsılmış nüfuzunu xilas etmək cəhdidir, lakin erməni icması buna yol verməməlidir.
Oskanyanın fikrincə, Paşinyan “uğursuz lider”dir və onun təqsiri ucbatından Ermənistan çox böyük itkilər verib:
"Ölkəmiz hazırda müasir tarixin ən çətin dövrlərindən birini yaşayır. Amma əgər Amerika erməniləri görüşdə iştirak etmək qərarına gəlsələr, susmasınlar, onun uğursuzluqlarını cəsarətlə dilə gətirsinlər".
Xatırladaq ki, Ermənistan hökumətinin başçısı ABŞ-a səfərə gedib. Onun Donald Tramp və ya prezident administrasiyasından hər hansı bir şəxslə görüşü nəzərdə tutulmayıb.
Bizim.Media