Qabrelyanovdan Paşinyana SƏRT HÜCUMLAR - Oyunun arxasında kim durur? - VİDEO

Qabrelyanovdan Paşinyana SƏRT HÜCUMLAR - Oyunun arxasında kim durur? - VİDEO

Hazırda oxunan: Qabrelyanovdan Paşinyana SƏRT HÜCUMLAR - Oyunun arxasında kim durur? - VİDEO

23284

Aram Qabrelyanov Rusiyadakı erməni media şəbəkəsinin liderlərindən biridir. Marqarita Simonyanla Qabrelyanov sülhün yox, daha çox terror və qatillərin tərəfindədirər. Yoxsa onlar “ASALA” və “Daşnaksütyun” ideologiyalarının təbliği ilə məşğul olmazdılar. Nasist kimi tanınan Qabrelyanovun Ermənistandakı seçkiqabağı fəaliyyəti Aramı təbliğat maşınına çevirib.

Bizim.Media xəbər veirr ki, milyonlarla Rusiya ermənisinin izlədiyi və fətvasına getdiyi Aram Qabrelyanov İrəvanda inqilabla taxta çıxmış Paşinyanın ən qatı media düşmənlərindən biridir.
 

MÖVZU İLƏ BAĞLI:

Aram Qabrelyanov: “Paşinyan isterikaya düşüb”


44 günlük savaşdan qabaq onun Paşinyana qarşı söylədikləri Kremlin sifarişi kimi dəyərləndirilirdi. Çünki Nikol “Soros”un adamıdır.

Yəni, Rusiya Ermənistanda təsir dairəsi azalmasın deyə erməni liderini elə erməni “jurnalist”lə vururdu. Daha sonra Ermənistanın II Qarabağ müharibəsindəki ağır məğlubiyyəti də Nikol Paşinyanı yıxmaq istəyənlərin əlinə fürsət verdi.

Bir şey ki, adları 90-larda unudulmuş Vazgen Manukyan kimiləri meydana çıxdı ki, “baş nazir olmaq istəyirəm”. Buna baxmayaraq iyun ayına qədər Paşinyana yönələn ittihamlar, xırda-para aksiyalar Nikolun hakimiyyətdən getməsi üçün kifayət etmədi. 

18 gün sonra Ermənistanda parlament seçkiləri baş tutacaq deyə Qabrelyanov əl-ayağa düşdü, daha doğrusu, Aramın qatil himayədarı Robert onu tələsdirməyə başladı. Koçaryanın vaxtaşırı Moskva səfərlərini ancaq Rusiya telekanallarına müsahibə ilə çərçivələmək olmaz. Xərclənən pullar və əldə olunan razılıqlar Qabrelyanovu Koçaryanın prodüserinə çevirdi. 

“Koçaryandan başqa Ermənistan liderliyinə layiq kimsə yoxdur. Robert daha ağıllı və qətiyyətlidir. Sizdə Putinin dostu olan başqa bir namizəd var?”

Bu sözləri Aram Qabrelyanov jurnalistlərə açıqlamasında bildirib. Digər cəbhədən olan erməni jurnalistlər isə daha real faktlara söykəniblər:

“Robert Koçaryan çoxsaylı ermənilərin qətlində günahkardır. Bundan başqa, Koçaryanın çoxsaylı korrupsiya ittihamları var. Ermənistanı talayan Koçaryan ölkədə səfilliyin dərinləşməsinə səbəb olub. Öz yolunda maneə olan hər kəsi öldürüb. Onun sayəsində Ermənistan ordusu bərbad günə düşüb və yenilənməyib. Bu isə 2020-ci məğlubiyyətinin əsas səbəblərindən biridir”.  

Prezident İlham Əliyev də MDB hökumət başçılarının videokonfransında çıxışı zamanı Ermənistanın əsas problemlərinin səbəbkarı kimi Serj Sarkisyan və Robert Koçaryanın adını çəkib:

“Hazırda situasiyadan öz siyasi məqsədləri üçün istifadə edib Paşinyana hücum etmək istəyənlər bilməlidir ki, bu Nikolun ordusu deyil. Erməni ordusunu 20 idir ki, Koçaryanla Sarkisyan yaradırdı. Və biz bu ordunu darmadağın etdik”

Bununla yanaşı, Qabrelyanovun Koçaryanı Putinin dostu kimi qələmə verməsinin də anlamı yoxdur.

Çünki erməni xalqı bilir ki, Kreml bütün rəsmi bəyanatlarında Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyıb. Rusiya-Azərbaycan münasibətləri də hər zaman inkişaf edən tempdə olub. 


Yəni, Koçaryanın Ermənistanda hakimiyyətə gəlişi Moskvanı Bakıya düşmən etməyəcək. Onsuz da, bunu ermənilər də gözəl anlayır. Belə ki, Koçaryanın faydasızlığı üçün ermənilər onun hakimiyyət illərini xatırlamaqları yetərlidir. Qısası, Robert Koçaryanın baş nazir seçilməsi ermənilərin “dənizdən dənizə” amalı qədər utopikdir.

Ermənilər bir daha “Qarabağ klanına” güvənən deyillər... Hələ o da ola özünü erməni yox, “ya albanets” deyən Kocaryana! Ortada Rusiya ermənilərindən zor-xoş yığılan Koçaryanın Qabrelyanovla havaya sovurduğu pullar batır... 

Anar Rəhimov, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO