Serj Sarkisyan hərbçilərin cəsədlərini soyuducuya qoyan ermənilərə “heyvan” dedi

Serj Sarkisyan hərbçilərin cəsədlərini soyuducuya qoyan ermənilərə “heyvan” dedi

Hazırda oxunan: Serj Sarkisyan hərbçilərin cəsədlərini soyuducuya qoyan ermənilərə “heyvan” dedi

23226

“Həmin an mənə elə gəldi ki, damarlarımdakı qan donub. Bunlar insandır? Onların içində insanlıqdan əsər-əlamət varmı? Bu heyvanlar Vətən uğrunda canından keçən qəhrəman oğlanlarımızın cəsədlərini gətirib soyuducuya atıblar”.

Bizim.Media xəbər verir ki, bu sözləri Ermənistanın üçüncü prezidenti, Ermənistan Respublika Partiyasının lideri Serj Sarkisyan Masisdəki “Şərəf duyuram” blokunun tərəfdarları ilə görüşdə səsləndirib.

“67 yaşım var və bu müddət ərzində hər şeyi gördüm: müharibəni, dost ölümlərinin dəhşətli səhnələrini.. İki-üç oğlunu itirən valideynlərlə danışdım, hər şeyi gördüm və mənə elə gəlirdi ki, artıq heç nəyə təəccüblənə və ağlaya bilmərəm”, deyə o, qeyd edib.

Xatırladaq ki, sosial şəbəkələrin erməni seqmentində Qarabağda ölən hərbçilərin plastik torbalara bükülmüş qalıqlarını əks etdirən şəkillər ortaya çıxıb.

Aydın olub ki, bu torbalar Abovyan Məhkəmə-Tibbi Mərkəzinin zirzəmisindəki yerə səpələnib. Şəkillər ciddi bir ictimai etiraza səbəb olub. Bu faktla bağlı hazırda rəsmi araşdırma aparılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO