“Türkiyə Gürcüstanı regional əməkdaşlığın açarları kimi görür. Son 14 ildə bu ölkənin ən böyük ticarət tərəfdaşıyıq. Ticarəti sürətləndirəcək gömrük anlaşmaları üzərində çalışırıq. Bu istiqamətdə hədəfimiz 3 milyard dollardır”.
Bizim.Media xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Gürcüstanın Baş naziri İrakli Qaribaşvili ilə keçirdiyi birgə brifinqdə deyib.
MÖVZU İLƏ BAĞLI:
Ərdoğan Azərbaycanla bağlı mühüm sənədi təsdiqlədi
Onun sözlərinə görə, Türkiyə və Gürcüstanın Azərbaycanla üçtərəfli əməkdaşlığı böyük önəm daşıyır:
“Türkiyə Azərbaycan-Gürcüstan-Ermənistan üçtərəfli əməkdaşlığını dəstəkləyir”.
R.T.Ərdoğan qeyd edib ki, mövcud əməkdaşlıq mexanizmləri çərçivəsində birgə addımlar atılacaq.
Bizim.Media