“Ermənistan tədricən Qərbə doğru, ABŞ-ın qucağına getməyə davam edir. İrəvan Avrasiya istiqamətində inteqrasiya layihələrindən tədricən geri çəkiləcək. Eyni zamanda, İrəvan Avropa və ABŞ-dan lazımı maliyyə yardımı alana qədər Rusiya və Aİİ ilə əlaqələri saxlamağa çalışır.
Nəzərə alaq ki, 2024-cü ildə Ermənistanla Rusiya Federasiyası arasında ticarət dövriyyəsi rekord səviyyədə- 12 milyard dollar olub. “Qürurlu, özünü təmin edən Cənubi Qafqaz respublikası” Qərbin maliyyəsi hesabına yaşamaq istəyir. Yeni kanallar tam açılana qədərsə Ermənistan Avrasiya İqtisadi İttifaqına üzvlüyün təmin etdiyi üstünlüklərlərdən faydalanmağa çalışılacaq”.
Bizim.Media xəbər verir ki, bunu Müasir Dövlət İnkişafı İnstitutunun direktoru Dmitri Solonnikov yerli KİV-lərə müsahibəsində deyib.
O bildirib ki, Ermənistanın indiki məqamda Aİİ-yə üzv olmaqdan imtina etməsi onu fəlakətə sürükləyər:
“Buna görə də İrəvan hər cür şəkildə Lavrovla Mirzoyan görüşündən sonra da Rusiya Federasiyasına bu və ya digər dərəcədə dostluq nümayiş etdirəcək. Guya ki, bütün problemli məsələləri həll etmək olar.
Hətta Mirzoyan Lavrovla görüşündə bəyan edib ki, Ermənistan beynəlxalq məsələlərdə Rusiyanın maraqlarını nəzərə alır. Bu fonda Mirzoyanın Ermənistanın Avropaya inteqrasiyası ilə bağlı məsələdə hakimiyyətin yox, xalqın maraqlı olduğunu söyləyib. Bununla belə o, parlamentin hakim çoxluğunun respublikanın Aİ-yə daxil olması prosesinin başlanması üçün qanun layihəsinə səs verəcəyini inkar etməyib.
Beləliklə, İrəvanın xarici siyasətində hər şey aydındır. Üstəlik, son günlər Ermənistanın baş naziri Paşinyan ölkənin “balanslaşdırılmış siyasəti” mövzusunu təbliğ etməyə çalışır. Amma təbii ki, ortada balans yoxdur”.
Dmitri Solonnikov müsahibəsində qeyd edib ki, Rusiya və Ermənistan xarici işlər nazirlərinin Moskvada keçirilən görüşü zamanı Ermənistan tərəfindən Rusiyaya qarşı müəyyən zərbələr, yaxud diplomatiya dili ilə desək, “narahatlıqlar” olub:
“Ermənistan Xarici İşlər Nazirliyinin rəhbəri bəyan edib ki, Rusiya Federasiyası Cənubi Qafqazda ticarət-iqtisadi kommunikasiyaların qarşısının alınmasında birtərəfli mövqe tutur. Lakin Lavrov məsələnin belə formalaşdırılmasına etiraz edib.
İrəvan başa düşür ki, Qərblə yaxınlaşma yolunda çətinliklərlə üzləşə bilər. ABŞ-la əsas məsələlərdə Ermənistan hakimiyyəti Co Bayden administrasiyası ilə razılığa gəlib. ABŞ-ın Demokratlar Partiyası və Ermənistan hakimiyyəti bu gün eyni sponsora, yəni Sorosa malikdir . O, ABŞ-da demokratların respublikaçılara qarşı mübarizəsini maliyyələşdirir.
Eyni zamanda, Ermənistan hökuməti dövlət büdcəsindən daha çox Soros Fondundan pul alıb.
Ona görə də demokratlarla işləmək Ermənistan hakimiyyəti üçün əlverişli idi. Trampın ABŞ-da hakimiyyətə gəlməsi ilə ABŞ-ın xarici tərəfdaşlarla münasibətlərinə yenidən baxılacaq. Sorosun xarici siyasətdə əsas sima olaraq qalması inandırıcı deyil. Üstəlik, Trampın komandası xaricdəki qüvvələri dəstəkləməkdənsə, Amerikanın özündəki vəziyyətə daha çox diqqət edəcək.
Əgər hər şey məhz belə alınarsa, o zaman Ermənistanın hazırkı rəhbərliyi üçün xarici siyasət vektorunda vəziyyət xeyli dəyişəcək. Ancaq bütün maliyyə vəsaitlərini Avropanın çiyinlərinə köçürmək taktikası işləməyəcək. Deyək ki, İngiltərə Ukraynanın, Fransa isə Ermənistanın maliyyələşdirilməsini öz üzərinə götürür. Lakin Britaniya və Fransada işlər heç də yolunda getmir. Onların iqtisadiyyatında nə baş verəcəyi bəlli deyil.
Bir sözlə, mövcud status-kvo saxlanılarsa, Ermənistanın Qərbə doğru hərəkəti davam edəcək. Əgər maliyyələşmə dayanarsa, o zaman əlaqələr də dayandırılacaq. Belə olan halda Ermənistan yaşamağa heç nəyi qalmayacaq və Rusiyaya, Aİİ-yə, Avrasiya məkanındakı razılaşmalara qayıtmalı olacaq”.
Surxay Atakişiyev, Bizim.Media
- A-
- A
- A+
Region
10:54 / 25.01.2025
Rusiyalı politoloq: “Qərb maliyyəni kəsən kimi, Ermənistan yanımıza qayıdacaq”
Hazırda oxunan: Rusiyalı politoloq: “Qərb maliyyəni kəsən kimi, Ermənistan yanımıza qayıdacaq”
Hazırda oxunan: Rusiyalı politoloq: “Qərb maliyyəni kəsən kimi, Ermənistan yanımıza qayıdacaq”
231633
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.