Makron payızda Ermənistana gələcək – SƏBƏB

Makron payızda Ermənistana gələcək – SƏBƏB

Hazırda oxunan: Makron payızda Ermənistana gələcək – SƏBƏB

23147

Ermənistanın Baş naziri səlahiyyətlərini icra edən Nikol Paşinyan işgüzar səfəri çərçivəsində Parisdə Fransa Prezidenti Emmanuel Makron ilə görüşüb.

Bizim.Media xəbər verir ki, görüşdən videonu Paşinyan öz Facebook səhifəsində paylaşıb.

Paşinyan Makronun Ermənistana səfərinin çoxdan planlaşdırıldığını və pandemiya da daxil olmaqla bir sıra səbəblərdən təxirə salındığını deyib:

“O, dəvəti təsdiqlədi və bu payızda İrəvana gələcək”.

Baş nazir əlavə edib ki, Ermənistan və Fransa arasında xüsusi münasibətlər mövcuddur:

“Çətin anlarda erməni xalqı və dövləti Fransanın və şəxsən prezidentin dəstəyini hiss edib”.

Görüşdə Paşinyan Fransanın Qarabağ münaqişəsinin həllində və bölgədə uzunmüddətli sülhün bərqərar edilməsində ATƏT-in Minsk Qrupunun həmsədri kimi vacib rolunu vurğulayıb. Onun sözlərinə görə, müharibə bitdikdən sonra həmsədrlərin dəfələrlə danışıqları davam etdirməyin vacibliyi haqda açıqlamaları çox vacibdir.

"Münasibətlərimizin iqtisadi hissəsi də əhəmiyyətlidir. Ermənistanda Fransa şirkətlərinin çalışması üçün bir çox layihə var: infrastruktur, enerji", deyə o, fikrini yekunlaşdırıb.

Qeyd edək ki, Paşinyan Parisdə işgüzar səfərdədir və burada ölkə rəhbərliyi ilə bir neçə görüş keçiriləcək. İyunun 2-də hökümət başçısı Avropa Şurasının prezidenti Çarlz Mişel ilə danışıqların planlaşdırıldığı Belçikaya yola düşəcək. Gündəmdə Belçikanın Baş naziri Aleksandr de Kro ilə də görüş var.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO