Gürcüstanın səhiyyə naziri Yekaterina Tikaradze koronavirusa yoluxub.
Bizim.Media xəbər verir ki, bu haqda məlumatı “Novosti-Georgia” portalı yayıb.
Mənbə yazır ki, martın 23-də Tikaradze Britaniya-İsveç istehsalı olan AstraZeneca peyvəndini qəbul edib.
O, bir neçə il direktoru olduğu Saçxere tibb mərkəzində televiziya jurnalistlərinin iştirakı ilə aşılanıb. Nazir öz hərəkəti ilə klinikanın tibb işçilərini aşılamağa təşviq etmək istəyib.
Nəşrin yazdığına görə, infeksiya zamanı nazir yalnız bir doz peyvənd ala bilib, ikincisi ona iyun ayında vurulmalı idi.
İnfeksiya üçün müsbət test aldıqdan sonra Tikaradze onunla təmasda olan bir neçə məmurla birlikdə özünü təcrid edib, hazırda sağlamlığı yaxşılığa doğru gedir. Milli Xəstəliklərə Nəzarət və Xalq Sağlamlığı Mərkəzinin rəhbəri Amiran Qamkrelidze deyib ki, Gürcüstanda aşılanan insanlar arasında koronavirusa yoluxanlar var.
O, peyvənddən sonra koronavirusa yoluxmanın normal olduğunu düşünür, çünki peyvənd ilk növbədə, ağır xəstəliklərdən və ölümdən qoruyur.
Son məlumatlara görə, pandemiyanın başlanğıcından bəri Gürcüstanda 344 mindən çox insan koronavirusa yoluxub.
Ölkədə koronavirusa qarşı peyvəndləmə işinə mart ayının ortalarında başlanıb. Bu günə qədər on minlərlə insana iynə vurulub. AstraZeneca peyvəndi ilə yanaşı, Amerikanın Pfizer peyvəndi də respublikaya gətirilib. Tiflis bu dərmanı bir milyon doza qədər alacağını gözləyir.
Bizim.Media
- A-
- A
- A+
Region
15:46 / 01.06.2021
Bu ölkənin səhiyyə naziri peyvənddən sonra koronavirusa tutuldu
Hazırda oxunan: Bu ölkənin səhiyyə naziri peyvənddən sonra koronavirusa tutuldu
Hazırda oxunan: Bu ölkənin səhiyyə naziri peyvənddən sonra koronavirusa tutuldu
23139
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.