Erməni nazir soyuducuda əsgər qalıqlarının saxlanılmasını TƏSDİQLƏDİ

Erməni nazir soyuducuda əsgər qalıqlarının saxlanılmasını TƏSDİQLƏDİ

Hazırda oxunan: Erməni nazir soyuducuda əsgər qalıqlarının saxlanılmasını TƏSDİQLƏDİ

23103

Ermənistanın səhiyyə naziri vəzifəsini icra edən Anahit Avanesyan Qarabağda tapılan əsgər qalıqları ilə bağlı dünənki qalmaqala görə ölənlərin yaxınlarından üzr istəyib.

Bizim.Media xəbər verir ki, nazir bəyanatında bunun səhv olduğunu deyib.
 

MÖVZU İLƏ BAĞLI:

Soyuducuda saxlanılan erməni hərbçilərin cəsədləri - ŞOK FOTOLAR YAYILDI


“Qalıqlar daşındıqdan sonra şəxsən onların lazımi şəraitdə saxlanılmasına diqqət yetirməmişəm”, deyə o, qeyd edib.

Xatırladaq ki, sosial şəbəkələrin erməni seqmentində Qarabağda öldürülən əsgər qalıqlarının polietilen paketlərə büründüyü və soyuducuda saxlanıldığı haqda şəkillər ortaya çıxıb. Aydın olub ki, paketlər Abovyan Məhkəmə-Tibbi Mərkəzinin zirzəmisində yerə ehtiyatsızlıqla səpələnib. Şəkillər ciddi rezonansa səbəb olub. Faktla bağlı rəsmi araşdırma aparılıb.

Avanesyanın sözlərinə görə, son bir ildə mərkəz müayinə və şəxsiyyəti müəyyənləşdirmək üçün mümkün olan hər şeyi edib. 

O, hadisə ilə əlaqədar olaraq ortaya çıxan bütün nəticələrlə birlikdə rəsmi araşdırma aparıldığını xatırladıb.

Səhiyyə Nazirliyinin rəhbəri həmçinin bildirib ki, Məhkəmə-Tibbi Mərkəzi çərşənbə axşamı qalıqların müəyyənləşdirilməsi prosesinin gedişi və nəticələri barədə məlumat yayacaq.

Xatırladaq ki, itkin düşən hərbçilərin yaxınları bazar ertəsi günü İrəvanın Heratsi küçəsini bağlayıblar. Onlara görə, səlahiyyətlilər lazımsız səs-küydən qaçmaq üçün qurbanların cəsədlərini soyuducuda uzun müddət gizlədiblər. Etirazçılardan biri Arsen Qukasyan 200-dən çox cəsədin müxtəlif yerlərdə, o cümlədən meyvə soyuducularında gizli saxlanıldığını söyləyib. Səhiyyə Nazirliyi bu məlumatı təkzib edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO