Gürcüstan Azərbaycanla quru sərhədlərini açdı - Səfər üçün TƏLƏBLƏR

Gürcüstan Azərbaycanla quru sərhədlərini açdı - Səfər üçün TƏLƏBLƏR

Hazırda oxunan: Gürcüstan Azərbaycanla quru sərhədlərini açdı - Səfər üçün TƏLƏBLƏR

23085

Bu gündən Gürcüstan Azərbaycanla quru sərhəddini açır.

Bizim.Media xəbər verir ki, bu ölkəyə səfər etmək istəyənlər  pandemiya ilə bağlı müəyyən prosedurlardan keçməlidirlər.

Belə ki, Gürcüstana daxil olacaq şəxslərdən son 72 saat ərzində aparılan PCR testinin mənfi nəticəsini təsdiqləyən arayış tələb ediləcək. Sənəd  peyvənd edilənlərdən də tələb olunacaq.

Gürcüstanda uzun müddət qalmaq istəsəniz 72 saatın tamamında öz hesabınıza təkrar test yoxlamasından keçməli olacaqsınız. Bunu etməyənlər  2 min lari (614 ABŞ dolları) məbləğində cərimələnəcək.

Əcnəbi vətəndaşlara COVID-19-dan müalicəni nəzərdə tutan tibbi sığorta əldə etmək tövsiyə olunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO