Çoxsaylı cinayətlərdə təqsirləndirilən ermənilərin cinayət işi üzrə zərərçəkənlərin sayı AÇIQLANDI

Çoxsaylı cinayətlərdə təqsirləndirilən ermənilərin cinayət işi üzrə zərərçəkənlərin sayı AÇIQLANDI

Hazırda oxunan: Çoxsaylı cinayətlərdə təqsirləndirilən ermənilərin cinayət işi üzrə zərərçəkənlərin sayı AÇIQLANDI

230515

Xəbər verdiyimiz kimi yanvarın 17-də Ermənistan dövləti və onun silahlı qüvvələri, o cümlədən Ermənistan tərəfindən Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma “Dağlıq Qarabağ respublikası” və onun qanunsuz silahlı birləşmələri tərəfindən Azərbaycana və Azərbaycan xalqına qarşı sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibə aparma, soyqırımı, əhalini məcburi köçürmə, təqib, işgəncə, hərbi soyğunçuluq və digər qanunsuz əməllərə dair cinayət işi üzrə açıq məhkəmə prosesi başlayıb.

Bizim.Media AZƏRTAC-a istinadən xəbər verir ki, cinayət işi üzrə 531 mindən çox zərərçəkmiş və onların nümayəndələri var.

Hakim qeyd edib ki, təqsirləndirilən şəxslərin hüquq və vəzifələri onlara erməni dilində izah olunub.

Bununla yanaşı, məhkəmə iclası zamanı da onların hüquq və vəzifələri bir daha izah edilib.

Qeyd edək ki, zərərçəkmiş şəxslərin, onların nümayəndələrinin və hüquqi varislərinin iştirak etdikləri məhkəmə iclas zalında 350-dən çox şəxs olub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO