Gürcüstan Prezidenti Mixeil Kavelaşvili inauqurasiya günü, dekabrın 29-da etiraz aksiyalarında maska taxmağı və lazerdən istifadəni qadağan edən qanunu imzalayıb.
Bizim.Media xəbər verir ki, sənəd Gürcüstanın qanunvericilik bülleteni portalında dərc olunub.
Gürcüstan parlamentinin dekabrın 13-də təsdiq etdiyi “Yığıncaqlar və nümayişlər haqqında” qanuna edilən dəyişikliklərə əsasən, “üzü maska və ya digər vasitələrlə gizlətmək” qadağandır.
Qadağan olunmuş əşyalar siyahısına həmçinin etirazçıların tez-tez polis əməkdaşlarının və müşahidə kameralarına qarşı istifadə etdiyi pirotexniki vasitələr və lazerlər də daxil edilib.
Qanun dərc edildikdən sonra qüvvəyə minib.
Bizim.Media
- A-
- A
- A+
Region
09:18 / 30.12.2024
Mitinqlərdə maska taxmağı qadağan edən qanun imzalandı
Hazırda oxunan: Mitinqlərdə maska taxmağı qadağan edən qanun imzalandı
Hazırda oxunan: Mitinqlərdə maska taxmağı qadağan edən qanun imzalandı
227722
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.