“Minsk konfransının bütün strukturları, Minsk Qrupu, yüksək səviyyəli planlaşdırma qrupu, ATƏT-in hazırkı sədrliyinin Qarabağ nizamlanması üzrə nümayəndəliyi – hamısı ləğv edilməlidir”.
Bizim.Media xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova keçirdiyi həftəlik brifinqdə deyib.
Zaxarova qeyd edib ki, 2022-ci ilin oktyabrın 6-da Praqada keçirilən Azərbaycan, Ermənistan, Fransa və Avropa İttifaqının sammitinin yekunlarına əsasən Ermənistanın Qarabağı Azərbaycanın ayrılmaz tərkib hissəsi kimi tanıması, 2023-cü ilin sentyabrında yerdə vəziyyətin köklü şəkildə dəyişməsi ATƏT-in Minsk Qrupunun mandatının aktuallığını itirməsi ilə nəticələnib.
“Hesab edirik ki, bununla bağlı müvafiq qərarın qəbul edilməsinin optimal yolu Bakı və İrəvanın bu qurumların ləğvi ilə bağlı birgə təkliflər planı irəli sürməsidir”, - Rusiya XİN rəsmisi bildirib.
Bizim.Media