“Dövlətimiz varsa, əsir məsələsi ilə niyə Muradov məşğul olur?

“Dövlətimiz varsa, əsir məsələsi ilə niyə Muradov məşğul olur?" – Paşinyana Göyçə mahalında verilən SUAL

Hazırda oxunan: “Dövlətimiz varsa, əsir məsələsi ilə niyə Muradov məşğul olur?" – Paşinyana Göyçə mahalında verilən SUAL

22612

Xəbər verdiymiz kimi, Ermənistan Baş nazirinin vəzifəsini icra edən Nikol Paşinyan bu gün Azərbaycanla sərhəddə yerləşən Göyçə mahalının Zərkəndinə gəlib. O, bir kəndçinin hərbi əsirlə bağlı sualını cavanlandırıb.

Bizim.Media xəbər verir ki, bu haqda məlumatı “armeniasputnik.am” saytı yayıb.

"Mənə bir şeyi izah edin: dövlətimiz, Xarici İşlər Nazirliyimiz, Müdafiə Nazirliyimiz, hökumətimiz, Baş nazirimiz, hər şeyimiz var. Əsirlərimizin problemləri ilə niyə Muradov məşğul olur? Bizim rəhəbrlərimiz hardadır?” deyə kəndçi Paşinyandan soruşub.

Paşinyan cavab verib ki, sadalanan bütün dövlət qurumları məhkumları geri qaytarmağa çalışırlar, Rusiya sülhməramlı qüvvələrinin komandiri isə danışıqlarda tərəflər arasında vasitəçidir.

"Mən də, Xarici İşlər Nazirliyinin və Milli Təhlükəsizlik Xidmətinin rəhbərləri də danışıqlarda iştirak edirik. Əsirlərin geri qaytarılması tələbi ilə bütün dünya üzrə onlarla bəyanat verilib”. Paşinyan belə deyib.

“Rusiyalı tərəfdaşlarımızla çox konstruktiv şəkildə işləyirik”, deyə o vurğulayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO