“İranda bu şəxs prezident olsa Azərbyacanla əlaqələrdə problemlər yaşanacaq” - TƏHLİL

“İranda bu şəxs prezident olsa Azərbyacanla əlaqələrdə problemlər yaşanacaq” - TƏHLİL

Hazırda oxunan: “İranda bu şəxs prezident olsa Azərbyacanla əlaqələrdə problemlər yaşanacaq” - TƏHLİL

22456

“İranda prezident seçkilərində iştirak edəcək namizədlərin siyahsında öndə gedən ism sabiq prezidentliyə namizəd və İran Məhkəmə sisteminə başçılıq edən İbrahim Rəisidir. İbrahim Rəisi Ali dini rəhbər S.Ə.Xamneyə yaxın biridir və onun qalib gəlmək şansı yüksəkdir”.

Bizim.Media xəbər veri ki, bu fikirləri MCP sədrinin muavini, politoloq Məhəmməd Əsədullazadə sosial şəbəkə hesabında qeyd edib.
 

MÖVZU İLƏ BAĞLI:

İranda bu şəxslər prezident seçkilərində iştirak edəcək - SİYAHI 


Politoloq bildirib ki, namizədlər arasında mühafizəkarlar çox, islahatçılar isə yoxdur:

“Çünki, İran daxili işlər nazirliyi tanınmış islahatçıları və onların dəstəklədiyi namizədi seçkilərə buraxmadı. Namizədlər arasında azərbaycanlı olsada, onların qalib gəlmək şansları yoxdur. Bu seçkilərdə favorit mühafizəkarlar olacaq və islhataçıların hakimiyyətinə son veriləcək”.

Siyasi ekspertin sözlərinə görə, əvvəlki seçkilərdən fərqli olaraq, bu dəfə hərbiçilər üstünlük təşkil edir və İranı növbəti mərhələdə məhz SEPAh idarə edəcək.

Məhəmməd Əsədullazadənin fikrincə, İbrahim Rəsi prezident postunda əyləşsə ABŞ -la danışıqlarda probelmlərə yol açacaq:

“Həmçinin Azərbaycanla əlaqələrdə problemlər axtaracaqlar. Amma, bu İranın öz əlehinə işləyəcək. Cənubi Qafqazda yeni bir siyasi-iqtisadi nizamın formalaşmasında İran ciddi şəkildə öz təpkisini ortaya qoyması gözlənilir. Ermənistanla əlaqələrə önəm verəcək. 

Azərbaycan İranla yeni bir mərhələdə öz siyasətinə yenidən baxmalıdır. İranın ölkəmizdə məzhəbsəl siyasətini yenidən başladacaq. Ölkəmizdə bəzi dini siyasi mərkəzlərə dəstək verəcək”.

Bildirib ki, sadalananlara görə, Azərbaycan İranla siyasətində korrektlər etməlidir, Cənub sərhədlərini möhkəmləndirməlidir:

“Artıq "Şimal-Cənub Nəqliyyat" dəhlizidə öz strateji önəmini "Mehri" dəhlizi ilə əzəv edəcək. Ona  görə də tehranın yeni rejimindən Azərbaycana qarşı təxribatlar mümkündür. Fikir versək, Azərbaycana qarşı təhdid ritorikasına üstünlük verən məhz mühafizəkar rəsmilərdi”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO