Azərbaycan hərbçiləri Zəngəzurda bu istiqamətdə də irəlilədi - Keçmiş erməni qubernator

Azərbaycan hərbçiləri Zəngəzurda bu istiqamətdə də irəlilədi - Keçmiş erməni qubernator

Hazırda oxunan: Azərbaycan hərbçiləri Zəngəzurda bu istiqamətdə də irəlilədi - Keçmiş erməni qubernator

22331

Azərbaycan qoşunları Ermənistanın Zəngəzur mahalında (Sünik vilayəti)  yenə də irəliləyiblər.  

Bizim.Media xəbər verir ki, bu fikirləri Sünikin keçmiş qubernatoru, “Dirçəliş Ermənistan” partiyasının (“Hayastan” blokunun bir hissəsi) rəhbəri Vaqe Akopyan çərşənbə axşamı keçirdiyi mətbuat konfransında səsləndirib.

O, qeyd edib ki, azərbaycanlılar bir neçə gün əvvəl hərbçilərinin sayını artıraraq Qorayk kəndi istiqamətində də irəliləyiblər.

"Vəziyyət gərgin olaraq qalır. Əgər belə davam edərsə, qorxuram ki, Sünik xalqı ərazilərində düşmən qoşunlarının olduğu fikri ilə razılaşacaqlar", deyə keçmiş qubernator əlavə edib. Onun fikrincə, Ermənistan hakimiyyəti və Müdafiə Nazirliyi vəziyyətə nəzarəti tədricən itirir və danışıqlar dalana dirənib.

"Məsələni güclə həll etmək şansı qaçırıldı. İndi isə Ermənistanın hərbi-siyasi rəhbərliyi nə edəcəyini bilmir. Mən də orada Azərbaycan Silahlı Qüvvələrinin mindən çox əsgərinin olduğunu təsdiqləyirəm”. Akopyan belə deyib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO