Mirzoyan: “Ermənistan yenə Rusiyaya ümid edir” – Moskva göz yaşlarına inanmır

Mirzoyan: “Ermənistan yenə Rusiyaya ümid edir” – Moskva göz yaşlarına inanmır

Hazırda oxunan: Mirzoyan: “Ermənistan yenə Rusiyaya ümid edir” – Moskva göz yaşlarına inanmır

22294

Azərbaycanla sərhəddəki vəziyyətlə bağlı Ermənistanın KTMT ilə dialoqu bitməyib. 

Bizim.Media xəbər verir ki, bunu spiker Ararat Mirzoyan parlamentdə çıxışı zamanı deyib.

“Ermənistanın ikitərəfli və çoxtərəfli bir sıra razılaşmaları var və müttəfiqlərimizin öz öhdəliklərini yerinə yetirməyəcəyini düşünmək lazım deyil”, deyə o, əlavə edib.

Mirzoyan təxminən bir həftə əvvəl Moskvada rusiyalı həmkarı, Dövlət Dumasının sədri Vyaçeslav Volodin ilə görüşdüyünü və söhbətə Ermənistan parlamentinin digər deputatlarının da qatıldığını xatırlayıb:

“Bütün məsələlər üzrə dialoq səmimi və konstruktiv oldu”.

"Qanunvericilik orqanı əsas müttəfiqimiz Rusiya ilə birgə işləyir. Ümumiyyətlə, Ermənistanın ərazi bütövlüyünü ən qısa müddətdə bərpa edilməlidir. Təəssüf ki, bu kimi mürəkkəb məsələlər həmişə ildırım sürəti ilə həll olunmur, soyuqqanlılıq və uzunmüddətli iş daha təsirli ola bilər”, deyə Mirzoyan vurğulayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO