“Polşa Prezidenti Andjey Duda Ermənistana səfərini təsadüfi deyil. Qərb bütün gücü ilə Ermənistanı öz tərəfinə çəkməyə çalışır”.
Bu sözləri Bizim.Media-ya açıqlamasında Rusiya Siyasi Araşdırmalar İnstitutunun direktor müavini Daria Qrevtsova deyib.
Polşa Prezidenti Andjey Dudanın Azərbaycanla sərhədə gedərək Avropa İttifaqının Ermənistandakı müşahidə missiyasının Polşadan olan heyəti ilə görüşməsinə münasibət bildirən politoloq, əsas hədəfin Ermənistanı Qərbin maşasına çevirmək olduğunu qeyd edib.
“Qərb Cənubi Qafqaza müdaxilə etməyə çalışır”
“Ona görə də Avropanın hər hansı siyasətçisinin səfərləri Ermənistana daha yaxşı və parlaq gələcək vədləri ilə müşayiət olunur, amma bu, yalnız Qərb qüvvələri ilə əməkdaşlıq edəcəkləri halda mümkündür. Xüsusilə nəzərə almalıyıq ki, Polşa çox güclü rusofob mövqeyi ilə tanınır. Duda özü də görüşlərində bildirib ki, Rusiya Cənubi Qafqazda dominantlıq etməyə çalışır. Bu, təbii ki, Qərb siyasətçilərinin istəklərinə uyğun deyil, çünki onlar özləri bölgədə hər şeyi idarə etmək istəyirlər. Qərb dövlətləri Ermənistanın qonşusu olmasalar da, ona təsir etmək və Ermənistanı "anti-Rusiya" mövqeyinə sövq etmək arzusundadırlar”, - deyə D.Qrevtsova bildirib.
“Aİ-nin sərhəddəki missiyası nəyə lazımdır?!”
Hazırda Qərbin Ukraynadakı ssenarisini Cənubi Qafqaza daşımaq istədiyini bildirən politoloq, bunun həm də mümkün olmayacağını qeyd edib.
“Ukrayna nümunəsində olduğu kimi, Ermənistandan "anti-Rusiya" yaratmaq məqsədi Dudanın çıxışları və səfərləri zamanı açıq şəkildə görünür. O, Paşinyanı və Ermənistan hakimiyyətini dəstəklədiyini nümayiş etdirmək üçün Azərbaycan sərhədinə də gedib. Halbuki, onun orada olmasının heç bir əsaslı səbəbi yox idi.
Bu səfər daha çox Ermənistan rəhbərliyinə jest xarakterli bir addım idi, yəni Duda guya münaqişənin səbəblərini araşdırmağa və Ermənistanla Azərbaycan arasındakı münaqişənin həlli üçün bütün səylərini sərf etməyə çalışdığını göstərmək istəyib. Bu isə təbii olaraq, Azərbaycanda qəribə qarşılanacaq. Ümumiyyətlə məlum deyil ki, Avropa İttifaqının sərhəddəki missiyası nəyə lazımdır?! Qonşu dövlətlər öz aralarındakı məsələləri özləri həll edə bilərlər”, - deyə D.Qrevtsova əlavə edib.
Tehran Orucoğlu, Bizim.Media
- A-
- A
- A+
Region
14:00 / 28.11.2024
Ermənistanı “ukraynalaşdırmaq” planı AKTİVLƏŞDİRİLDİ – Polşa liderinin sərhədimizə gəlişinin PƏRDƏARXASI
Hazırda oxunan: Ermənistanı “ukraynalaşdırmaq” planı AKTİVLƏŞDİRİLDİ – Polşa liderinin sərhədimizə gəlişinin PƏRDƏARXASI
Hazırda oxunan: Ermənistanı “ukraynalaşdırmaq” planı AKTİVLƏŞDİRİLDİ – Polşa liderinin sərhədimizə gəlişinin PƏRDƏARXASI
222783
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.