“Rusiyaya ölkə istehsalı hərbi sursatların başqa ölkələrə təkrar ixracı üçün müraciətlər daxil olmayıb”.
Bizim.Media xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova keçirdiyi həftəlik brifinqdə deyib.
MÖVZU İLƏ BAĞLI:
Zaxarova: “Ermənistanla KTMT çərçivəsində əməkdaşlığın bərpasına ümid edirik”
Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi Yunanıstanın Ermənistana S-300 sisteminin təhvili ilə bağlı məlumatı şərh edib:
“Hərbi-texniki əməkdaşlığa dair 30 oktyabr 1995 tarixli ikitərəfli hökumətlərarası sazişlərin və 2013-cü il tarixli hərbi məhsulların tədarükü ilə bağlı sazişlərin müddəalarına ciddi əməl etməyin zəruriliyini sizə xatırlatmaq istərdik.
Onlar birmənalı şəkildə Yunanıstana Rusiyanın razılığı olmadan bizim təqdim etdiyimiz hərbi texnikanın təkrar ixracını qadağan edir”.
Bizim.Media