“Ermənistan Müdafiə Nazirliyi azərbaycanlıların Göyçə gölü (Sevan) ərazisində yeni mövqe tutmadığını iddia edir. Bildirirlər ki, Qara göl ərazisindəki min azərbaycanlı haqqındakı məlumatlar da çox şişirdilir: əksinə, Azərbaycan hərbçilərinin bir qismi öz ərazilərinə qayıdıb. Xoznavar kəndinin də artıq təhlükədə olmadığı deyilir”. Bu fikirləri "Ermənistanın Səsi" nəşrinin əməkdaşı Ruben Marqaryan yazıb.
Bizim.Media xəbər verir ki, məqalə “yerkramas.org” saytında yerləşdirilib.
Müəllif daha sonra bunları qeyd edib:
“Vəziyyətin tədricən sabitləşdiyinə inanmaq istərdim, lakin Müdafiə Nazirliyi rəsmilərinin müharibə dövründə inamla yalan danışdıqları barədə çox təzə xatirələr var. Sosial şəbəkələrin istifadəçilərindən biri hesablayıb ki, Artsrunun (Müdafiə Nazirliyinin sabiq əməkdaşı) hesabatlarına görə, müharibə zamanı bizimkilər Azərbaycanın 25 hərbi təyyarəsini, 16 helikopterini, 252 PUA-sını, 697 zirehli maşını sıradan çıxarıb. Bu yalan kimə lazım idi?
Müdafiə Nazirliyi etibar qazanmaq üçün çox işlər görməlidir. Üstəlik, həyəcanverici siqnallar var.
Xəbər verilir ki, Artsrun Amerikada istirahət edib, kitab buraxıb və sonra Ermənistana qayıdıb.
O, yəqin seçkilər haqda düşünür, böyük döyüş təcrübəsini axı “işə keçirmək” lazımdır.
Göyçə və Qara gölün mövzusuna qayıdaq. Beləliklə, azərbaycanlıların ərazimizə nüfuz sürəti azalıb, lakin onlar hələ də Zəngəzur (Sünik) və Göyçə (Geğarkunik) mahallarında mövcuddurlar. Bizim gücümüzü yoxlamayacaqlar. Diplomatik səylər azərbaycanlıların iki həftə sonra 10 maya qədər tutduqları mövqelərə qismən qayıtmaqları ilə nəticələndi.
Çox güman ki, iki gölün bu vəziyyəti parlament seçkilərinin sonuna qədər davam edəcək, çünki rəsmi Bakı Ermənistandakı seçki dövründə yenə nəsə qoparacağına və ya ümumiyyətlə erməni dövlətçiliyini bitirəcəyinə ümidini itirməyəcək. Bu, onların maksimum planıdır.
Azərbaycanlıların bu göllərin yaxınlığında dayanması Bakıya sərhədlərin ən qısa müddətdə müəyyənləşdirilməsi məsələsini qaldırmağa imkan verdi və eyni zamanda erməni əsirləri mövzusunda Azərbaycana təzyiqi azaltdı. Sünik və Gegarkunikdəki Azərbaycan hərbçilərinin fonunda, səlahiyyətlilərimiz hərbi əsir mövzusunu onsuz da unutmuşdular. Qarabağ (“Artsax”) haqqında isə artıq heç nə xatırlamırlar. Paşinyan hakimiyyət özünü məhz belə aparır”.
Bizim.Media
- A-
- A
- A+
Region
15:45 / 24.05.2021
“Paşinyan hakimiyyəti artıq Qarabağı xatırlamır” – Ruben Marqaryan
Hazırda oxunan: “Paşinyan hakimiyyəti artıq Qarabağı xatırlamır” – Ruben Marqaryan
Hazırda oxunan: “Paşinyan hakimiyyəti artıq Qarabağı xatırlamır” – Ruben Marqaryan
22210
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.