Hazırda Armavir vilayətinin qubernatoru olan David Xudatyan ərazi idarəetmə və infrastruktur naziri təyin olunacaq.
Bizim.Media xəbər verir ki, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan öz Facebook səhifəsində yazıb.
Yada salaq ki, bir neçə gün əvvəl ərazi idarəetmə və infrastruktur naziri Qnel Sanosyan istefa ərizəsi yazıb.
Ermənistan prezidenti Vaaqn Xaçaturyan Qnel Sanosyanın ərazi idarəetmə və infrastruktur naziri vəzifəsindən azad edilməsi ilə bağlı fərmana imza atıb.
Bizim.Media