Paşinyan Başkəndi niyə xatırladı? – “O, erməni xalqını növbəti \

Paşinyan Başkəndi niyə xatırladı? – “O, erməni xalqını növbəti \"sülhə\" hazırlayır” 

Hazırda oxunan: Paşinyan Başkəndi niyə xatırladı? – “O, erməni xalqını növbəti \"sülhə\" hazırlayır” 

22025

Nikol Paşinyan Ermənistanı yeni təslim yolu ilə aparmaq istəyir. Qarabağın verilməsindən sonra növbə Ermənistana çatıb. "Xalqın" baş nazirinin fikrincə, nəhayət barışıq qurmaq, kommunikasiyanı açmaq və yaxşı bir həyat qurmaq üçün Azərbaycanın bütün tələblərini təmin etmək, qonşularımızın istədiklərini həyata keçirmək lazımdır.

Bizim.Media xəbər verir ki, bu fikirləri Petros Aleksanyan adlı müəllif  öz məqaləsində yazıb.

“Yerkramas.org” saytında dərc edilən həmin məqalədə deyilir:

“Nikol “yaxşı yaşamaq üçün təhvil verəcəyik” formuluna səmimi qəlbdən inanırsa, o zaman Levon Ter-Petrosyanın mənəvi oğlu statusundan heç vaxt ayrılmayıb. İkinci də yaxşı həyatın təminatının yalnız təslim olma ilə mümkün olduğuna inanırdı. Nikol təcrübədə göstərdi ki, hər şeyi düşmənə verəndən sonra yerdə qalanları da düşmənə yazığı gəldiyi üçün bir yerə toplayıb. Nikol verdi, amma həyat daha da pisləşdi.

Nikol mümkün olan hər şeyi təslim edərək "barış dövrü"nə girmək fikrinə inanırsa, deməli ya tamamilə axmaqdır, ya da tamamilə satqındır. Və ya hər ikisidir.

Bir şey aydındır: Nikol erməni xalqını növbəti "sülhə" hazırlayır. Eynən 2018-ci ildə də bizi arvadı ilə sülhə hazırlamışdı. Nəticədə müharibə oldu, torpaqları itirdik. 

Nikolun Tavuş və Araratdakı yaşayış məntəqələrimizi təslim edəcəyi onsuz da aydındır. Buna görə Başkəndi (Gədəbəy rayonunda yerləşir, ermənilər “Artsvaşen” adlandırır və SSRİ dövründə Ermənistanın Krasnoselo rayonunun inzibati ərazisi olub) xatırladı. Bizə də itirdiyimiz ərazilərə iddia edə biləcəyimizi göstərmək istəyir.

Başkənd Nikolun təslim etmə proqramını həyata keçirmək üçün bir pərdədir.

Nikol ordumuzu məhv etdi. Sərhədlərimizi saxlaya bilmirik. Onsuz da Başkənd anklavı haqda danışmağın mənası yoxdur. Nikol Başkənd mövzusunun olmayacağını mükəmməl bilir, ancaq Azərbaycan anklavlarının təslimini “əsaslandırmaq” üçün bu ərazidən danışır. 
Nikolun xəyanəti davam edir”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO