“Kərki Azərbaycana qaytarılsa, Zəngəzur, Qarabağ müdafiəsiz qalacaq” – Ermənistan Konstitusiya Məhkəməsinin keçmiş aparat rəhbəri

“Kərki Azərbaycana qaytarılsa, Zəngəzur, Qarabağ müdafiəsiz qalacaq” – Ermənistan Konstitusiya Məhkəməsinin keçmiş aparat rəhbəri

Hazırda oxunan: “Kərki Azərbaycana qaytarılsa, Zəngəzur, Qarabağ müdafiəsiz qalacaq” – Ermənistan Konstitusiya Məhkəməsinin keçmiş aparat rəhbəri

22012

Nikol Paşinyanın qarşı tərəflə apardığı gizli danışıqlar nəticəsində Naxçıvana aid olan Kərki kəndinin (ermənilər adını Tiqranaşen qoyub) qaytarılma riski var. 

Bizim.Media xəbər verir ki, bu fikirləri Konstitusiya Məhkəməsinin keçmiş aparat rəhbəri Edqar Kazaryan bu gün “Facebook”da canlı yayımda bildirib.

“Bu kənddən Vayots Dzor, Sünik, Meğri, İrəvan və Qarabağa gedən yol var. Paşinyan vətənini düşmənə təslim etmək planının bir hissəsi olaraq  800 hektar ərazini vermək qərarına gəlsə, bu dövlətlərarası yol boyunca gedə bilməyəcəyik və ya giriş üçün Azərbaycandan viza alacağıq. Böyük ehtimalla viza Azərbaycanın İrəvandakı səfirliyində veriləcək” deyə o, qeyd edib.

Edqar Kazaryanın fikrincə, Kərkinin Azərbaycana verilməsi Ermənistan üçün fəlakətli nəticələrə səbəb olacaq. 

“Tətilə Jermuka getməli olan insanlar rusların icazəsi ilə Rusiya bayrağı altında keçməlidirlər. Aydındır ki, heç bir Azərbaycan hərbçisi burada hərbi texnikaya icazə verməyəcək, yəni bütün Vayots Dzor, Sünik və Qarabağ müdafiəsiz, silahsız qalacaq. Fəlakətdən çəkinməyin yalnız bir yolu var: bu satqın komandanı hakimiyyətdən uzaqlaşdırmaq”. “News.am” saytı Edqar Kazaryanın dediklərindən sitat gətirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO