Ermənistandakı hərbi attaşelər Qara gölün yaxınlığına gətirildi – İrəvan nəyi sübut etmək istəyir? - FOTO

Ermənistandakı hərbi attaşelər Qara gölün yaxınlığına gətirildi – İrəvan nəyi sübut etmək istəyir? - FOTO

Hazırda oxunan: Ermənistandakı hərbi attaşelər Qara gölün yaxınlığına gətirildi – İrəvan nəyi sübut etmək istəyir? - FOTO

21889

Ermənistan Müdafiə Nazirliyi xarici hərbi attaşelərin Zəngəzur (Sünik vilayəti( mahalına səfərini təşkil edib.

Bizim.Media xəbər verir ki, bu barədə nazirliyin mətbuat xidməti cümə günü məlumat yayıb.

Bundan əvvəl Ermənistanda akkreditə olunmuş diplomatik nümayəndəliklərin rəhbərləri də Zəngəzurda olmuşdular.

Ermənistan Silahlı Qüvvələrinin müvafiq bölmələrinin komandirləri xarici hərbçilərə erməni tərəfinin gördüyü işləri təqdim ediblər, suallarını cavablandırıblar. Attaşelər Qara gölün ərazisində uzaqdan Azərbaycan hərbçilərini müşahidə ediblər.

Görünür, rəsmi İrəvanın benzin və vaxt sərf edərək təşkil etdikləri bu “səfər” baş tutmayıb. Tutsaydı, xaricilər gölün sahilində doyunca şəkil çəkdirər və Azərbaycan suyundan dadardılar.

Bütün bunlar “ermənilərin sarı tulası” adlandırılan və 2-ci Qarabağ savaşında ölkəmizin ziyanına reportajlar hazırlayan rusiyalı jurnalist Semyon Peqovun Hadruta etdiyi “səfərə” bənzəyir...

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO