Cümə axşamı keçirilən fövqəladə iclasda Ermənistan parlamenti müxalifət tərəfindən hazırlanan və Baş nazir səlahiyyətlərini icra edən Nikol Paşinyanı yeni sənədi imzalamamağa çağıran bəyanat layihəsini qəbul etməyib.
Bizim.Media xəbər verir ki, bu haqda məlumatı “armeniasputnik.am” saytı yayıb.
Mənbə yazır ki, 132 deputatdan 25-i qərara səs verib, hakim “Mənim addımım” fraksiyası səsverməyə qatılmayıb.
“Maariflənmiş Ermənistan” müxalifət fraksiyasının hazırladığı qərar layihəsi Paşinyanı “bütün cəmiyyətə və dövlətə təsir edən birtərəfli qərarlar qəbul etməkdən çəkinməyə” çağırıb. Qeyd edilib ki, Paşinyan yalnız parlamentin təsdiqindən və ya referendum nəticəsindən sonra qüvvəyə minə bilən sənədə qol çəkmək hüququna malikdir.
Xatırladaq ki, Vatikandakı keçmiş səfir və Serj Sarkisyanın kürəkəni Mikael Minasyan Nikol Paşinyanın Azərbaycan qoşunlarının Ermənistan ərazisindən çıxarılması müqabilində sərhəd və ərazi güzəştlərinin yeni prinsipləri ilə razılaşdığını söyləyib.
Eyni zamanda, Minasyan Xarici İşlər Nazirliyinin rəhbəri Ara Ayvazyanın sənədi imzalamamasını müdafiə edib.
Cümə axşamı parlamentin iclasında Baş nazir Azərbaycan və Rusiya ilə danışıqlar zamanı hazırladığı sənədi imzalayacağı barədə məlumatı təsdiqləyib. Əmin edib ki, müqavilə Ermənistanın maraqlarına tam cavab verir.
Bizim.Media
- A-
- A
- A+
Region
09:00 / 21.05.2021
Parlamentdən Paşinyana DƏSTƏK - Bakı ilə sənəd imzalanacaq
Hazırda oxunan: Parlamentdən Paşinyana DƏSTƏK - Bakı ilə sənəd imzalanacaq
Hazırda oxunan: Parlamentdən Paşinyana DƏSTƏK - Bakı ilə sənəd imzalanacaq
21818
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.