Ermənistanın paytaxtı İrəvan şəhərində oğul atasını döyərək öldürüb.
Bizim.Media xəbər verir ki, bu barədə shamshyan.com saytı yazıb.
Mənbə qeyd edir ki, oktyabrın 27-də saat 23:00 radələrində Ermənistan Daxili İşlər Nazirliyinin İrəvan şəhər polis idarəsinin cinayət axtarış şöbəsinə və Şenqavit polis şöbəsinə evlərin birində qətl hadisəsinin baş verməsi barədə əməliyyat məlumatı daxil olub.
Polis əraziyə gələrək 72 yaşlı sakinin meyitini aşkar edib. Tibbi ekspertizanın ilkin rəyinə görə, ölümə onun üz və baş nahiyəsinə endirilən çoxsaylı zərbələr səbəb olub.
İstintaq qrupu və kriminaloloq hadisə yerində işləyərkən bəlli olub ki, şübhəli qətlə yetirilən şəxsin oğludur. Nəticədə 39 yaşlı David E. polis tərəfindən saxlanılıb.
Bizim.Media