“İrəvan “3+3”ü Bakı ilə danışıqlar platforması hesab etmir, lakin bu regional formatda iştirakını davam etdirəcək”.
Bizim.Media xəbər verir ki, bunu Ermənistan xarici işlər naziri Ararat Mirzoyan parlamentdə çıxışı zamanı bildirib.
“Masada belə bir təklif yoxdur və olsa belə, biz ona müsbət cavab verməyi məqsədəuyğun hesab etmirik, çünki bizim Azərbaycanla həm sülh sazişi, həm də delimitasiya üzrə ikitərəfli danışıqlar formatımız var”.
O qeyd edib ki, çoxtərəfli formatda keçirilən müxtəlif görüşlərdə xarici işlər nazirləri ikitərəfli danışıqlar aparırlar:
“Azərbaycan Xarici İşlər Nazirliyinin rəhbəri ilə mən də istisna olmadıq. Danışıqların növbəti raundunu keçirdik. Biz əsas diqqəti sülh sazişlinin mətninə yönəltdik, müsbət inkişafı təmin etməyə və sazişin mümkün qədər tez imzalanması prosesini yaxınlaşdırmağa çalışdıq”.
Bizim.Media