“Ermənistan BRICS sammitində iştirak etsə də birliyin üzvü olmaq niyyətində deyil”.
Bizim.Media xəbər verir ki, bunu Ermənistan baş nazirinin müavini Mher Qriqoryan Parlamentin iclasında bildirib.
O qeyd edib ki, İrəvan hazırkı mərhələdə birliyin üzvü olmaq imkanını müzakirə etmir: "Xeyr, xeyr, hazırkı mərhələdə xeyr".
Xatırladaq ki, BRİCS-in növbəti sammiti oktyabrın 22-24-də Tatarıstanın paytaxtı Kazan şəhərində keçiriləcək.
Bizim.Media