“Troyka Dialoq” şirkətinin təsisçisi, Qarabağdakı keçmiş separatçıların "dövlət naziri" Ruben Vardanyan Rusiyanın ən böyük "KamAZ" yük maşını istehsalçısının səhmdarları siyahısında olan "Avtoinvest" MMC-dəki payını itirib.
Bizim.Media xəbər verir ki, bu barədə “Kommersant” qəzeti yazıb.
Xatırladaq ki, Vardanyan “Avtoinvest”in 15%-nə sahib idi.
Moskva birjasında bu paketin dəyəri 3,11 milyard rubl qiymətləndirilir. Onun payı “Rostex”in birinci müavini, AvtoVAZ-ın eks-prezidenti və Samara vilayətinin keçmiş qubernatoru Vladimir Artyakovun oğlu Dmitri Artyakova keçib.
Qeyd edək ki, kiçik Artyakov “Modum-Trans” dəmir yolu şirkətində baş direktor vəzifəsini tutur. Həmçinin onun müxtəlif şirkətlərdə səhmləri də var.
"KamAZ" bu məlumatı şərh etməkdən imtina edib. Onlar səhmdarların hərəkətlərini müzakirə etmədiklərini deyiblər. Yeri gəlmişkən, Ruben Vardanyan hazırda Bakıda təcridxanada saxlanılır.
Bizim.Media
- A-
- A
- A+
Region
13:02 / 21.10.2024
Ruben Vardanyanın adı “KamAZ”ın səhmdarları siyahısından çıxarıldı
Hazırda oxunan: Ruben Vardanyanın adı “KamAZ”ın səhmdarları siyahısından çıxarıldı
Hazırda oxunan: Ruben Vardanyanın adı “KamAZ”ın səhmdarları siyahısından çıxarıldı
217050
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.