“Azərbaycan sülhü Paşinyanla yox, Ermənistanla imzalamaq istəyir" - Elçin Əmirbəyov

“Azərbaycan sülhü Paşinyanla yox, Ermənistanla imzalamaq istəyir" - Elçin Əmirbəyov

Hazırda oxunan: “Azərbaycan sülhü Paşinyanla yox, Ermənistanla imzalamaq istəyir" - Elçin Əmirbəyov

216823

“Aydındır ki, Ermənistan Qərbdən, o cümlədən Avropa İttifaqından, ABŞ-dən və Avropa İttifaqının ayrı-ayrı üzv dövlətlərindən qeyri-məhdud miqdarda diplomatik, iqtisadi və hərbi yardım almağa başlayan kimi danışıqlarda konstruktiv iştirakda bütün marağını itirdi. Deyəsən, artıq sülhə nail olmaq Ermənistan üçün prioritet deyil".

Bizim.Media xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov Almaniyada dərc edilən "Berliner Zeitung" qəzetinə müsahibəsində deyib.
 

Nəticənin əldə olunmasını sürətləndirmək məqsədilə tərəflər müvəqqəti olaraq Zəngəzur dəhlizinin açılmasını və Ermənistan konstitusiyasına düzəlişi təxirə sala bilərlərmi sualına cavab verən Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi söyləyib ki, bu iki məsələ arasında paralel aparmaq tamamilə yanlışdır, çünki bu iki məsələ davamlı sülhün əldə olunması üçün əhəmiyyətinə görə fərqlənir:


"Ermənistanın Azərbaycan Respublikasına ərazi iddiaları ilk gündən münaqişənin əsas səbəbi olub və davamlı, birdəfəlik sülhə nail olmaq üçün onu kökündən həll etmək lazımdır. Bu isə Ermənistan Konstitusiyasına dəyişiklik edilmədən mümkün deyil. Konstitusiya indiki formada qalsa, sülh müqaviləsi qısamüddətli olacaq, çünki Azərbaycanla sülhə qarşı çıxan Ermənistan Respublikasının hər hansı yeni rəhbərliyi müqavilənin ən yüksək hüquqi qüvvəyə malik olan Konstitusiyaya uyğunsuzluğunu əsas gətirərək, onu sadəcə olaraq denonsasiya edəcək. Yəni Azərbaycan sülhü baş nazir Paşinyanla yox, Ermənistanla imzalamaq istəyir".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO