Kobaxidze Borrellin Gürcüstanı Moldova ilə müqayisə etməsini təhqir ADLANDIRDI

Kobaxidze Borrellin Gürcüstanı Moldova ilə müqayisə etməsini təhqir ADLANDIRDI

Hazırda oxunan: Kobaxidze Borrellin Gürcüstanı Moldova ilə müqayisə etməsini təhqir ADLANDIRDI

216214

Gürcüstanın baş naziri İrakli Kobaxidze ölkənin Moldova ilə müqayisəsini təhqiramiz adlandırıb.

Bizim.Media xəbər verir ki, bunu Gürcüstanın baş naziri keçirdiyi brifinq zamanı deyib.
 

“Gürcüstanı Moldova ilə müqayisə etməyə gəlincə, bu, tamamilə təhqirdir. Gürcüstan istər demokratiya, istər insan haqları, istərsə də iqtisadiyyat baxımından Moldovanı hər cəhətdən qabaqlayır. Bizdə daha güclü dövlət qurumları var. Xatırlatmaq istərdim ki, Moldovada partiyalar və media qadağan edilib, siyasi və media plüralizmi yoxdur”, - Kobaxidze vurğulayıb.


Gürcüstanın baş nazirinin sözlərinə görə, hakimiyyət müvəqqəti xarakter daşıdığı üçün bu cür bəyanatlara xüsusi əhəmiyyət verməyəcək və Ukraynada münaqişə bitən kimi Gürcüstanın Aİ ilə münasibətləri bərpa olunacaq.

Qeyd edək ki, Avropa diplomatiyasının rəhbəri Josep Borrell “Gürcüstanın hakim partiyası ölkəni Avropaya gedən yoldan avtoritarizmə doğru apardığını deyərək, Moldovanı isə hökumətin görünməmiş çağırışlar qarşısında dayanıqlılığına görə tərifləyib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO