Azərbaycan hərbçiləri yenə də irəliləyib – ƏTRAFLI

Azərbaycan hərbçiləri yenə də irəliləyib – ƏTRAFLI

Hazırda oxunan: Azərbaycan hərbçiləri yenə də irəliləyib – ƏTRAFLI

21610

Artıq bir neçə gündür ki, internetdə Azərbaycan silahlı qüvvələrinin Ermənistanla sərhəddə mövqelərini irəli çəkdikləri, üstəlik bunu bir anda bir neçə istiqamətdə etməyə çalışdıqları, xüsusilə Kəlbəcərdə bir neçə yüz metr qabağa getdikləri barədə məlumatlar ortaya çıxıb.

Bizim.Media xəbər verir ki, bu iddia "Qraparak" qəzetində yer alıb.

Mənbə yazır ki, Qarabağda qondarma rejimin “rəsmi qurumları” bu məlumatı təkzib etsə də, müxalifət nümayəndələri təsdiqləyirlər. 

"Ədalət" partiyası fraksiyasının rəhbəri David Qalstyan “news.am”la söhbətində informasiyanın həqiqətə uyğun olduğunu deyib:

"Mən də eşitdim ki, Kəlbəcər və Cermuk bölgələrində azərbaycanlılar son günlərdə sərhəddə mövqelərini yaxşılaşdırıblar”.

“Qarabağın qondarma “başçısı” Arayik Arutyunyan isə Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyandan nümunə götürərək öz mövqeyini möhkəmləndirməklə məşğuldur. Qarabağda asfaltlama və küçələrin işıqlandırılması üzərində çalışır” deyə qəzet qeyd edir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO