Paşinyandan İKİBAŞLI AÇIQLAMA – Zəngəzur manipulyasiyası yoxsa Rusiyaya qarşı GEDİŞ?

Paşinyandan İKİBAŞLI AÇIQLAMA – Zəngəzur manipulyasiyası yoxsa Rusiyaya qarşı GEDİŞ?

Hazırda oxunan: Paşinyandan İKİBAŞLI AÇIQLAMA – Zəngəzur manipulyasiyası yoxsa Rusiyaya qarşı GEDİŞ?

216081

Paşinyan yenə də ikibaşlı danışmağa başlayıb. O, Zəngəzur dəhlizinin açılmasını gecikdirmək üçün indi də 2020-ci ilin noyabrın 9-da imzalanan Rusiya ilə bağlı üçtərəfli razılaşmanı manipuliyasiya edir.

Belə ki, dünənə qədər Rusiya Zəngəzur dəhlizinə Rusiya sərhədçilərinin nəzarət etməsinə qarşı çıxan Paşinyan indi də bildirir ki, Rusiya FSB nümayəndələrinə Sünikdə yola nəzarət funksiyası verilə bilər. Bu fikri Ermənistanın baş naziri Nikol Paşinyan “Dünyanın kəsişməsi: təhlükəsizlik və demokratiyanın birləşməsi” konfransında çıxışında deyib:

 “Ermənistan Respublikası vətəndaşların, avtonəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkətini təşkil etmək məqsədilə Azərbaycan Respublikasının qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqələrinin təhlükəsizliyinə təminat verir. Nəqliyyat əlaqəsinə nəzarəti Rusiya FSB Sərhəd Xidmətinin orqanları həyata keçirir.

Bu yaxınlarda müəyyən dairədə bu cümlə sitat gətirildi və mən soruşdum ki, bu nə deməkdir, kim izah edə bilər? Bunun nə demək olduğu Rusiya Federasiyası Prezidentinin 10 dekabr 2020-ci il tarixli fərmanında izah olunub. Bu o deməkdir ki, Rusiya Federasiyasının nümayəndələrinə Ermənistanın öz öhdəliyini necə yerinə yetirdiyini görmək üçün hansısa monitorinq funksiyası verilə bilər”.

Paşinyan Moskvada hansı razılığı əldə edib?

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında politoloq Elşən Mirzəoğlu bildirir ki, Paşinyan bu kimi siyasi manipulyasiyalara getmək və ikibaşlı danışmaqla Zəngəzur dəhlizi məsələsində vaxt udmağa çalışır:
 

MÖVZU İLƏ BAĞLI:

Paşinyan açıqlamalarında ermənilərin Qarabağa qaydışından danışmayıb” - Politoloq


“Ermənistanın baş naziri bu günlərdə "Sülh kəsişməsi" adı altında ölkəsində keçirilən tədbirlərin birində Zəngəzur dəhlizi üzərində nəzarətin Rusiyaya veriləcəyini istisna etməyib. Ehtimal ki, bununla bağlı razılıqlar Paşinyanın MDB dövlət başçılarının bu günlərdə Moskvada keçirilən toplantısı zamanı əldə edilib. Dəhliz üzərində nəzarətin Rusiyaya həvalə edilməsi ilk baxışda tərəflər arasında 2020-ci ilin 10 noyabrında əldə edilmiş üçtərəfli bəyanatın şərtlərinə əsasən anlaşılandır.

Məlum razılaşmanın 9-cu bəndində bununla bağlı Ermənistanın üzərinə götürdüyü öhdəliklər var. Hansı ki, rəsmi İrəvan uzun müddət idi ki, razılaşmanın bu şərtini yerinə yetirməkdən birtərəfli şəkildə imtina edirdi”.

Ekspert istisna etmir ki, tərəflər qarşılıqlı maraq doğuran məsələlər ətrafında güzəştlərə gediblər:

“Dəhliz üzərində nəzarətin Rusiyaya aidiyyətini təsdiq etməklə İrəvan Moskvadan Ermənistan sərhədlərinin birgə mühafizəsi ilə baglı razılığa nail olub. Bu Ermənistan üçün sərhədlərin mühafizəsi ilə baglı suveren hüquqlarının Rusiya tərəfindən tanınması baxımından əhəmiyyət kəsb edir. Rusiya isə bununla Orta Dəhlizə nəzarət hüququnun Ermənistan tərəfindən tanınmasına nail olmaqla onu dəhliz ətrafından və ümumiyyətlə regiondan sıxışdırıb çıxarmaq istəyən Qərbi qabaqlamış oldu.

Lakin hələlik bu problemlə bağlı hər hansı parafirə edilmiş sənəd ortalıqda yoxdur. Bu isə, Ermənistana siyasi manipulyasiyalar etmək və vaxt qazanmaq baxımından ciddi əhəmiyyət kəsb edir”.

Rüfət Sultan, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO