Ermənistanda referendum üçün imza toplaya BİLMİRLƏR

Ermənistanda referendum üçün imza toplaya BİLMİRLƏR

Hazırda oxunan: Ermənistanda referendum üçün imza toplaya BİLMİRLƏR

215735

“Ermənistanın Aİ-yə daxil olması ilə bağlı referendum üçün imza toplamağa başlayan parlamentdənkənar qüvvələr nəticələrdən narazıdırlar” .

Bizim.Media xəbər verir ki, bu barədə “Joxovurd” qəzeti məlumat yayıb.

Nəşr qeyd edir ki, proses sentyabrın 16-da başlayıb, lakin təşəbbüskarlar nəticələrdən narazıdırlar. Onların gözləntilər xeyli yüksək olsa da, indiyədək səslərin təqribən 2/3-ü (tələb olunan 50 mindən 33 mini) toplanıb.

“Ermənistan Respublikasının Avropa İttifaqına qoşulması prosesinin başlanması haqqında” qanun layihəsi noyabrın 14-dək 50 min imza toplanacağı təqdirdə parlamentə daxil olacaq.

Nəzərə alsaq ki, imza toplanması təkcə İrəvanda deyil, Ermənistanın digər şəhərlərində də aparılır, toplanan imzaların sayı, yumşaq desək, o qədər də ümidverici deyil”, - qəzet yazır.
 

“Layihə rədd edilərsə, 60 gün ərzində Aİ-yə daxil olmaq üçün referendumun keçirilməsi üçün 300 min səs tələb olunacaq”, - nəşr qeyd edir.


Qəzetin yazdığına görə, Ermənistanın baş naziri Nikol Paşinyan partiya yoldaşları ilə qapalı görüşündə “Ermənistanda Aİ-yə üzvlüklə bağlı referendum keçirilə bilməz” deyə sərt şəkildə bəyan etdiyi üçün qanun layihəsi Milli Assambleyada böyük ehtimalla rədd ediləcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO